Icma.az
close
up
RU
Mənimsəyən satış nümayəndəsi pulları “Topaz”da uduzdu KONKRET

Mənimsəyən satış nümayəndəsi pulları “Topaz”da uduzdu KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elmar Əşrəfovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 6 il 3 ay 21 gün müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Elmar Əşrəfov 2017-ci ildən 2018-ci ilədək Gəncədə fəaliyyət göstərən MMC-lərin birində satış nümayəndəsi vəzifəsində çalışıb. İşə qəbul edilərkən onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanıb, həmçinin vəzifə təlimatı ilə tanış edilib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxsə məhsulların satışını təşkil etmək, ticarət obyektlərindən yığılan pul vəsaitlərini qəbul etmək, həmin vəsaitlərin təhlükəsizliyinə nəzarət etmək və satışdan əldə olunan gəlirləri vaxtında şirkətin xəzinəsinə təhvil vermək səlahiyyətləri verilib. O, bu vəzifələri yerinə yetirərkən tam maddi məsuliyyət daşıyan şəxs hesab olunub.

Araşdırmalarla müəyyən edilib ki, Elmar Əşrəfova şirkət rəhbərliyinin əmri ilə POS-terminal təhkim olunub və həmin terminal vasitəsilə Gəncə şəhəri, eləcə də Tovuz və Şəmkir rayonlarında fəaliyyət göstərən müxtəlif marketlərə məhsul sifarişləri rəsmiləşdirilib.

Belə ki, 2018-ci ilin mart ayı ərzində təqsirləndirilən şəxs müxtəlif ticarət obyektlərinə ümumilikdə 155 914,21 manat dəyərində qida məhsullarının satışını həyata keçirib. Satılan malların dəyəri üzrə vəsaitlərin bir hissəsi nağd qaydada, digər hissəsi isə bank köçürmələri vasitəsilə şirkətə ödənilib.

Bundan başqa, bəzi mallar geri qaytarılıb, müəyyən məbləğlər isə şirkət tərəfindən tətbiq olunan endirim və hədiyyələr hesabına silinib.

İstintaqın qənaətinə görə, bütün maliyyə əməliyyatları nəzərə alındıqdan sonra Elmar Əşrəfovun Şəmkir, Gəncə və Tovuz ərazisində fəaliyyət göstərən müxtəlif marketlərdən topladığı və şirkətə təhvil verməli olduğu 88 778,81 manat məbləğində pul vəsaitini mənimsədiyi müəyyən olunub.

Cinayət işi materiallarında qeyd olunub ki, həmin vəsaitlər “Zümrüd”, “Morul”, “EL Market”, “Şəmkir Səbəti”, “İzzət Market”, “Azpetrol” və digər ticarət obyektlərindən toplanıb. Təqsirləndirilən şəxs ona etibar olunmuş pul vəsaitlərini şirkətin xəzinəsinə təhvil vermək əvəzinə özünün istifadəsinə yönəldib və bununla da hüquqi şəxsə külli miqdarda ziyan vurub.

Məhkəmə istintaqı zamanı dindirilən Elmar Əşrəfov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

O, ifadəsində mənimsəmə faktını inkar etmədiyini, lakin ittihamda göstərilən məbləğlə razılaşmadığını söyləyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, audit yoxlamasından sonra tərtib edilən hesabatlarda bir sıra uyğunsuzluqlar olub. O qeyd edib ki, əvvəlcə ona 138 000 manat, sonradan isə 118 000 manat borc yazılıb və bu hesablamaların düzgün aparılmadığını dəfələrlə şirkət rəhbərliyinə bildirib.

Elmar Əşrəfovun sözlərinə görə, bəzi marketlər tərəfindən bank vasitəsilə edilən ödənişlər yekun hesablamalarda nəzərə alınmayıb. Eyni zamanda malların geri qaytarılması ilə bağlı məbləğlərin də tam əks etdirilmədiyini iddia edib. Faktiki olaraq mənimsədiyi vəsait 37-38 000 manat civarında olub və ittihamda göstərilən 88 000 manatdan artıq məbləği qəbul etmir.

Elmar Əşrəfov ifadəsində həmçinin şirkət nümayəndələri tərəfindən dəfələrlə borcun ödənilməsi üçün təzyiqlərə məruz qaldığını da bildirib. Bu səbəbdən ölkəni qeyri-qanuni yolla tərk edərək Gürcüstana gedib. Daha sonra həmin Gürcüstanda saxlanılıb və bir neçə il sonra Azərbaycana ekstradisiya olunub.

Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs tərəfindən qaldırılmış mülki iddianı da qəbul etmədiyini deyib.

Məhkəmədə dindirilən MMC-nin nümayəndəsi isə bildirib ki, Elmar Əşrəfov satış nümayəndəsi kimi işləyərkən ona etibar olunmuş pul vəsaitlərinin uçotunda çatışmazlıqlar aşkar edilib. Şirkət daxilində keçirilmiş audit yoxlaması nəticəsində onun 88 000 manatdan artıq vəsaiti mənimsədiyi müəyyən olunub.

Onun sözlərinə görə, satış nümayəndəsinin əsas vəzifəsi müştərilərdən toplanan vəsaitləri vaxtında şirkətin xəzinəsinə təhvil vermək olub. Yoxlamalar zamanı aşkar edilən çatışmazlıq səbəbindən şirkətə ciddi maddi ziyan dəyib.

Məhkəmədə ifadə verən auditor da yoxlama prosesində iştirak etdiyini təsdiqləyib. O söyləyib ki, ticarət obyektlərində aparılan yoxlamalar zamanı çatışmayan məbləğlər müəyyən edilib və təqsirləndirilən şəxs həmin vəsaitləri götürdüyünü etiraf edib.

İş üzrə şahidin sözlərinə görə, ilkin hesablamalarda çatışmayan məbləğ 90 000 manatdan artıq olub. Sonradan geri qaytarılmış mallar və digər düzəlişlər nəzərə alındıqdan sonra yekun çatışmazlıq məbləğinin 88 000 manat civarında olduğu müəyyənləşdirilib.

“Yoxlama zamanı Elmar bütün mağazalarda olan çatışmayan məbləği götürdüyünü etiraf edib və “Topaz” çeki göstərərək həmin pulları uduzduğunu bildirib”, – şahid ifadəsində əlavə edib.

Məhkəmə araşdırmaları zamanı maliyyə sənədləri, audit rəyləri, şahid ifadələri və digər sübutlar tədqiq edilərək hadisənin bütün halları araşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri