“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair ixracatçılarla maarifləndirici görüşlər davam etdirilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə növbəti maarifləndirici görüş keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt, Xırdalan, Xızı və Siyəzən şəhərlərində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti nümayəndəsinin qatıldığı tədbirdə Keyfiyyət informasiya sistemində “Mənşə sertifikatı” alt modulunun funksional xüsusiyyətləri və sistemdən istifadə qaydalarına dair məlumat verilib, bu məqsədlə hazırlanmış videotəlimat nümayiş etdirilib. İştirakçılara malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini “E-keyfiyyət.gov.az” platforması üzərindən həyata keçirmələri tövsiyə olunub.
Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videotəlimat agentliyin rəsmi yutub kanalı (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsində (https://e-keyfiyyet.gov.az/e-services) yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 16 Sentyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















