Icma.az
close
up
RU
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir

Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Mənsum İbrahimov
Bu il anadan olmasının 140 illiyini qeyd etdiyimiz dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” Şərq dünyasının ilk operasıdır. 1908-ci ildə Bakıdakı Tağıyev teatrında premyerası keçirilən bu səhnə əsəri Azərbaycan mədəniyyətinin ən qiymətli sənət nümunələrindən biri sayılır.

“Leyli və Məcnun”un 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi operanın dünya miqyasında tanınmasını göstərən faktlardan biridir. Təsadüfi deyil ki, 2008-ci ildə bu nüfuzlu qurumun Baş Konfransında operanın yubileyi xüsusi tarixlər siyahısına daxil olunub.
Üzeyir bəyin yaratdığı ölməz əsərdə görkəmli xanəndələr Məcnun obrazı ilə səhnəyə çıxıblar. Xalq artisti, Milli Konservatoriyanın kafedra müdiri Mənsum İbrahimov Məcnun rolunun ən uğurlu ifaçılarından biri kimi milli opera tariximizdə iz qoyub.
Reyting.az-ın məlumatına görə, görkəmli sənətkar AZƏRTAC-a bildirib ki, bu gün Akademik Opera və Balet Teatrında çox istedadlı gənclər çalışır. Həmin gənc xanəndələr Məcnun rolunda səhnəyə çıxırlar: “Sənətdə ənənə çox vacib məsələlərdən biridir. Akademik Opera və Balet Teatrında bu məsələyə xüsusi önəm verilir. Bu teatrın səhnəsində ilk addımlarımızı atanda ustadlarımız bizi Məcnun obrazına hazırlayıb, öz xeyir-dualarını veriblər. Biz də onların başladığı bu yolu davam etdirir, gənclərə etimad göstəririk”.
Mənsum İbrahimov qeyd edib ki, bu gün estafet etibarlı əllərdədir: “Son illər teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir. Belə istedadlı xanəndələrdən biri də Əməkdar artist Elnur Zeynalovdur. Elnur artıq neçə ildir ki, Məcnun obrazı ilə teatrımızın səhnəsinə çıxır və onun ifası hər dəfə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır”.
Qeyd edək ki, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Elnur Zeynalov milli operalarımızda əsas partiyaları ifa edir. İstedadlı xanəndə “Leyli və Məcnun”da Məcnun, “Aşıq Qərib”də Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm obrazları ilə tanınır.

Elnur Zeynalov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see145

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see133

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see131

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see120

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see118

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see118

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see117

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see113

Trend uğrunda qadınların başlarına gələnlər: Bədənlərini A4 kağızla ölçürlər

29 İyun 2025 02:25see112

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see111

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

29 İyun 2025 02:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri