Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Menyular bahalaşır, porsiyalar kiçilir

Menyular bahalaşır, porsiyalar kiçilir

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bir zamanlar evdə ailəliklə edilən səhər yeməyi artıq restoranlarda edilməklə şəhər həyatının gündəlik ritminə çevrilib. Səhər saatlarında dolu kafe və restoranlar göstərir ki, bu, yalnız aclığı yatırmaq deyil, eyni zamanda sosial ünsiyyət və həyat tərzinin ifadəsidir. Son illərdə şəhərdə səhər yeməyi təklif edən məkanların sayı xeyli artıb, ənənəvi çay-pendir süfrəsindən tutmuş Avropa üslublu səhər yeməklərinə qədər geniş seçimlər təqdim olunur. Xüsusilə "səhər yeməyi setləri” bazarın əsas məhsuluna çevrilib. Maraqlıdır, hazırda bu istiqamətdə vəziyyət necədir? Müştərilər seçim edərkən nələrə üstünlük verirlər?

Paytaxtda səhər yeməyi təqdim edən restoranlarda qiymətlər məkanın konsepsiyasına və təqdim olunan menyunun zənginliyinə görə dəyişir. Sadə və klassik səhər yeməyi təklif edən məkanlarda bir nəfər üçün qiymət 25-30 manat civarında olur. Daha zəngin menyular və əlavə xidmətlər təqdim edən məkanlarda bu göstərici 35-45 manata qədər yüksəlir. Ailə və dostlarla birlikdə yeyilən səhər yeməyi setlərində isə minimum dörd nəfərlik set 90-100 manat səviyyəsindədir. Restoran seçimində isə müştərilərin diqqət etdiyi əsas məqamlar arasında keyfiyyətli və təzə məhsullar, rahat sosial mühit və menyuların müxtəlifliyi ön plandadır. 

Son illərdə Bakı şəhərində iaşə obyektlərinin dövriyyəsi də əhəmiyyətli artım göstərib. Dövlət Statistika Komitəsindən "Kaspi” qəzetinə verilən məlumata görə, 2023-cü ildə restoran və kafe sektoru üzrə illik dövriyyə təxminən 1,45 milyard manat təşkil edirdisə, 2024-cü ildə bu göstərici 1,70 milyard manata çataraq təxminən 17% artım göstərib. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri isə 1 milyard 990,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,2 % çoxdur.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, son dövrdə Azərbaycanda ümumi inflyasiya və ərzaq qiymətlərinin artması fonunda ictimai iaşə sektorunda qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəlib: "Rəsmi statistikaya görə, yalnız 2025-ci ilin ilk on ayında iaşə xidmətlərinin qiymətləri 5,4% artıb. Bu artım ölkə üzrə orta inflyasiyadan bir qədər aşağı olsa da, müştərilər xüsusilə səhər yeməyi menyularında bunu aydın şəkildə hiss edirlər. İstehlakçılar bildirirlər ki, əvvəlki illə müqayisədə səhər yeməklərinin həm qiyməti bahalaşıb, həm də bəzi yerlərdə porsiyalar kiçilib. Restoranlar xərclərin artması səbəbindən bəzən eyni qiymətə daha kiçik porsiya təqdim etməklə balans yaratmağa çalışır”.

Mütəxəssisin sözlərinə görə, qiymət artımının səbəbi qida məhsullarının bahalaşması, işçi maaşlarının yüksəlməsi və icarə xərclərinin artmasıdır: "Məsələn, 2025-ci ildə ərzaq məhsullarının qiymətinin təxminən 8% artması restoranların xammal xərclərini birbaşa artırıb. Eyni zamanda, orta aylıq əməkhaqqının təxminən 9,5% yüksəlməsi və daşınmaz əmlakın bahalaşması icarə xərclərinə təsir edərək restoranların maya dəyərini artırıb. Nəticədə həm orta səviyyəli, həm də premium seqment restoranlar səhər yeməyi menyularının qiymətini yüksəltməyə məcbur olublar. Lakin orta və premium seqmentlər bu artımdan fərqli şəkildə təsirlənib. Orta səviyyəli kafelər və ailəvi yemək məkanları qiymətə həssas müştəriləri qoruyub saxlamaq üçün daha ehtiyatlı davranırlar, bəzən porsiyaları azaldıb eyni qiyməti saxlamağa çalışırlar. Premium seqmentdə isə müştərilər daha yüksək keyfiyyət və təcrübə gözlədiyindən restoranlar qiymətləri cəsarətlə artıra bilir”.

Səhər yeməyi məkanı seçərkən azərbaycanlı müştərilərin diqqət yetirdiyi meyarlara gəldikdə isə, həmsöhbətimiz bildirir ki, başlıca meyarlar qiymət, keyfiyyət, menyu çeşidi və məkan təcrübəsidir (atmosfer və xidmət): " Bir çox müştəri üçün təzə və dadlı təamlar, gigiyena və təqdimat səviyyəsi əsas qərar faktorudur. Menyu çeşidi genişliyi də seçimə təsir edir. Məsələn, bəzi müştərilər klassik pendir-çörək, bal, qaymaqla kifayətlənsə də, digərləri müxtəlif beynəlxalq yeməkləri - pankek, omletlər, avokadolu tost, yaxud yüngül smuzi və yoğurt kimi sağlam alternativləri görmək istəyirlər. Azərbaycanda səhər yeməyi bazarı bu baxımdan xeyli rəngarəng olub. Artıq kafelər ənənəvi "kənd süfrəsi” konseptiylə yanaşı, Avropa tipli və ya türk üslubunda zəngin təamlardan ibarət menyular təklif edirlər. Çeşid nə qədər çox olarsa, fərqli zövqlü müştəriləri cəlb etmək bir o qədər asan olur”.

S.Dübəndinin sözlərinə görə, qarşıdakı 2-3 ildə ölkədə səhər yeməyi mədəniyyəti daha da yayılacaq: "Artan urbanizasiya və gənc nəsil arasında vərdiş dəyişikliyinin davam etməsi ilə evdən kənarda səhər yeməyi daha da adiləşir. Hazırda yaşlı nəslin çoxu üçün adi olmasa da, yeni nəsil bunu normaya çevirir. İnsanlar işgüzar görüşlərini, dostlarla görüşmələrini tez-tez səhər yeməyi masası arxasında həyata keçirəcəklər ki, bu da həftəiçi səhər saatlarında da restoranlara tələbi artıra bilər. Həftəsonu "brunch” trendləri daha da populyarlaşacaq, "Sunday brunch” formatında xüsusi proqramlar (canlı musiqi, açıq bufet və s.) təkliflər artacaq. Dünyadakı sağlam qidalanma tendensiyası nəzərə alınsa, yaxın gələcəkdə menyuların daha da sağlamlaşacağını proqnozlaşdırmaq olar. Evdən kənarda səhər yeməyi etmək artıq lüks deyil - həyat tərzinə çevrilir”.("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri