Meqan Markl Britaniyaya qayıdarsa, çətinliklərlə üzləşə bilər səbəb açıqlanıb
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu fikri "The Express" qəzetinə müsahibəsində kral ailəsi üzrə ekspert Riçard Fitsvilyams səsləndirib.
Ekspertin sözlərinə görə, kral ailəsində yaranmış parçalanma hələ də aradan qalxmayıb: “Düşünürəm ki, o, özünü narahat hiss edəcək. Kral ailəsindəki çat hələ sağalmayıb. Sorğulara əsasən, Meqan Marklın reytinqi təxminən 20 faizdir, əhalinin üçdə ikisi isə ona qarşıdır ki, bundan pis vəziyyət təsəvvür etmək çətindir. Mətbuat onu sevmir və bu da əlavə problemlər yaradacaq”, – deyə Fitsvilyams bildirib.
Daha əvvəl verilən xəbərlərə görə, Meqan Markl son dörd il ərzində ilk dəfə Böyük Britaniyaya səfər edə bilər. Gözləntilərə əsasən, bu yay onun həyat yoldaşı şahzadə Harri “İnvictus Oyunları” ilə bağlı tədbirlərdə iştirak etmək üçün Birmingema gedəcək və Meqan Markl da onu müşayiət edəcək. Lakin bu məlumat hələlik rəsmi səviyyədə təsdiqlənməyib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Yanvar 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















