Mərakeş və Sudan nazirləri ilə görüşdə əmək, məşğulluq və sosial müdafiə məsələlərinə dair fikir mübadilələri aparılıb
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mərakeş Krallığının iqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Younes Sekkourinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın dini və mədəni köklərlə bağlı olduğu Mərakeş Krallığı ilə əməkdaşlıq əlaqələrinin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.
Y.Sekkouri iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.
Sudan Respublikasının insan resursları və sosial rifah naziri cənab Mutasim Ahmed Saleh Adam ilə görüşdə iki ölkə arasında sosal sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Bakıda keçirilən iclasının əhəmiyyəti vurğulanıb.
Hər iki görüşdə ölkəmizdə həyata keçirilən sosial islahatlar barədə məlumat verilib, sosial sahədə əməkdaşlıq məsələlərinə dair fikir mübadilələri aparılıb.
Mustafa KAMAL
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 24 Sentyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















