Icma.az
close
up
RU
Mərakeşli nazir: Bütün sahələrdə əməkdaşlığı gücləndirməliyik

Mərakeşli nazir: Bütün sahələrdə əməkdaşlığı gücləndirməliyik

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 sentyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin İcraiyyə Şurasının iclasında iştirak etməkdən böyük məmnunluq duyuram. Bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri Mərakeş olub və biz İslam ölkələri ilə əməkdaşlıqda öz təcrübəmizi paylaşmaqdan qürurluyuq. Azərbaycan Mərakeşin yaxın və etibarlı dostudur. İki ölkə arasında münasibətlər həmişə sıx və mehriban olub. Vizaların ləğvi ilə əlaqələr daha da genişlənib. Azərbaycandan olan turistlərin Mərakeşə, Mərakeş vətəndaşlarının isə Azərbaycana səfərləri artıb.

Bunu jurnalistlərə müsahibəsində Mərakeşin iqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Younes Sekkouri bildirib.

Nazir deyib ki, əmək, məşğulluq və peşə təhsili sahəsində ortaq məsuliyyət mövcuddur: “Gənclərin tez iş tapması, ən yüksək səviyyədə təhsil və peşə hazırlığı alması, sürətlə dəyişən əmək bazarına uyğunlaşması üçün birgə addımlar atmalıyıq. Bu gün rəqəmsal transformasiya, süni intellekt və platforma iqtisadiyyatları əmək dünyasını dəyişir. Ona görə də bacarıqların artırılması və yenidən öyrədilməsi üçün xüsusi proqramlar hazırlamalı, yeni təlim imkanları yaratmalıyıq. Əks halda, bu sahədə imkanlarımızı xarici korporasiyalardan almağa məcbur qalacağıq ki, bu da kifayət qədər yetərli deyil. Əlavə olaraq, iqlim dəyişikliyi və beynəlxalq əmək miqrasiyası da əmək bazarına təsir göstərir. Buna görə biz bütün sahələrdə: aviasiya, avtomobil istehsalı, neft-qaz, xidmətlər, xüsusilə də rəqəmsal xidmətlərdə əməkdaşlığı gücləndirməliyik. Ölkələrimiz bir-birini tamamlayır. Məsələn, Mərakeş bu ilin sonuna qədər 1 milyon avtomobil, o cümlədən elektrikli maşın ixrac etməyi hədəfləyir. Aeronavtika sənayesində də illik gəlirlərimiz 22 milyard dollardan çoxdur. Azərbaycanın isə neft-qaz və digər strateji sahələrdə böyük təcrübəsi var. Bu təcrübələrin paylaşılması, yeni investisiyaların əmək bazarına təsirinin öyrənilməsi və gələcək nəsillərin hazırlanması ortaq vəzifəmizdir. Mən əminəm ki, bu istiqamətdə ən yaxşı nəticələri yalnız biz - dost və qardaş ölkələr birlikdə əldə edə bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri