Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Audiovizual Şuranın sədri mərakeşli həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib

Audiovizual Şuranın sədri mərakeşli həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov dekabrın 17-də Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun (HACA) sədri Lətifə Axarbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Audiovizual Şurası ilə Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Audiovizual Şuranın sədri İsmət Səttarov və Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş imzalayıblar.

Görüşdə çıxış edən Audiovizual Şuranın sədri İsmət Səttarov Mərakeşə səfərinin çox maraqlı və faydalı olduğunu vurğulayıb. O, Mərakeşin təbiətindən, mədəniyyətindən və insanların qonaqpərvərliyindən danışaraq, Azərbaycanın da dost ölkə nümayəndələrini eyni səmimiyyətlə qəbul etdiyini bildirib. O, iki ölkə arasında dostluğa və qarşılıqlı etimada əsaslanan əlaqələrin mühüm əməkdaşlıq imkanları yaratdığını vurğulayıb.

İ.Səttarov qeyd edib ki, Azərbaycanda iki beynəlxalq televiziya kanalı fəaliyyət göstərir və bu, media sahəsində tərəfdaşlıq üçün yeni fürsətlər açır. O, rəqəmsal texnologiyaların və süni intellektin medianı dəyişdirdiyi dövrdə tənzimləmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayaraq, belə əməkdaşlığın iki ölkənin maraqlarına xidmət edəcəyini bildirib.

Audiovizual Şurasının sədri qeyd edib ki, Mərakeş ərəbdilli ölkələr arasında çox vacib ölkədir və Azərbaycanla bu dövlət arasında xüsusi dostluq münasibətləri mövcuddur. Bu əməkdaşlıq digər ərəbdilli ölkələrlə əlaqələrin inkişafı üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, Azərbaycan postsovet məkanı, türk dövlətləri və Xəzər-Qara dəniz regionu ilə əlaqələrin inkişafında Mərakeş üçün körpü rolunu oynaya bilər. İki ölkə arasında bu əməkdaşlıq əlaqələrin daha intensiv və səmərəli olmasına töhfə verəcək.

Sonda İ.Səttarov media tənzimlənməsi və cəmiyyətin bu sahəni daha yaxşı anlaması üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb, gələcək əməkdaşlıqla bağlı nikbin olduğunu deyib.

Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş çıxışında Azərbaycana ikinci səfərinin ona yenidən eyni xoş hisslər yaşatdığını bildirib. O, iki qurum arasında əməkdaşlığın qarşılıqlı etimada və səmimi dostluğa əsaslandığını vurğulayıb.

Lətifə Axarbaş qeyd edib ki, bu səfər konkret nəticələrə nail olmaq məqsədi daşıyır və rəqəmsal texnologiyaların sürətli inkişafı ilə üzləşən media mühiti üçün təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. O, süni intellekt və media savadlılığı kimi məsələlərdə hər iki qurumun eyni çağırışlarla üzləşdiyini, ortaq tənzimləyici model yaratmaq üçün birlikdə işləmək imkanlarının olduğunu bildirib. L.Axarbaş bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyini bildirərək, dəvət və müzakirə üçün yaradılan fürsətə görə təşəkkür edib.

Sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Azərbaycanda audiovizual media sahəsi ilə bağlı geniş təqdimatla çıxış edib.

O, çıxışında Ümummilli Lider Heydər Əliyevin "media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir" sözlərini sitat gətirərək, 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edildiyini bildirib. Taleh Quliyev əlavə edib ki, Azərbaycan postsovet ölkələri arasında senzuranı ləğv edən ilk ölkədir və bu gün ölkədə yüzlərlə media qurumu sərbəst fəaliyyət göstərir.

Təqdimat zamanı Audiovizual Şuranın fəaliyyət istiqamətləri, qanunvericilik mexanizmləri, beynəlxalq və ikitərəfli əməkdaşlıq əlaqələri barədə də məlumat verilib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, HACA sədr Lətifə Axarbaş da daxil olmaqla, ümumilikdə doqquz üzvdən ibarətdir. Prezident və dörd üzv Əlahəzrət Kral, iki üzv hökumət başçısı, digər iki üzv isə parlament palatalarından birinin sədri tərəfindən təyin edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Dekabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri