Pakistanla Özbəkistan bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Pakistan və Özbəkistan ticarət, nəqliyyat, enerji və mədəni mübadilə sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündən sonra “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu səhər əziz qardaşım, Prezident Şavkat Mirziyoyevlə rəsmi danışıqlar aparmaq üçün görüşmək mənim üçün şərəf idi. Biz əsas diqqəti ticarət, logistika, enerji əməkdaşlığı və mədəni mübadilənin gücləndirilməsinə yönəltdik. Ortaq qətiyyətimizi nəzərə alaraq, bir daha təsdiqləyirik ki, ticarətdən başlayaraq qarşılıqlı fəaliyyətə qədər ikitərəfli əlaqələrimizin bütün aspektlərini inkişaf etdirəcək, tərəfdaşlığımızın möhkəmləndirilməsi üzərində işləyəcək, xalqlarımızın rifahı üçün yeni imkanlar yaradacağıq", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















