Icma.az
close
up
RU
Məramı sülh olmayan Rusiya missiyası: Sülhü, təhlükəsizliyi təhdid edən qoşun

Məramı sülh olmayan Rusiya missiyası: Sülhü, təhlükəsizliyi təhdid edən qoşun

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya sülhməramlı hərbçilərinin Moldovaya yeridilməsindən 33 il ötür. 1992-ci il iyulun 29-da onlar Dnestryanı əraziyə, münaqişə zonasına daxil olublar.

Ötən qərinə ərzində bu ölkədəki münaqişə öz həllini tapmayıb.

Yeri gəlmişkən, sülhməramlı missiya - sülh və təhlükəsizliyin qorunması, yaxud bərpasına yönəlmiş, həmçinin münaqişələrin həlli, barışığa kömək edən kontingent sayılır. O, hərbi qulluqçu, polis əməkdaşı və mülki şəxslərdən formalaşır. Sülhməramlılar keçmiş döyüşçülərin tərk-silahını və digər vəzifələr üçün sülhün qorunması əməliyyatlarını həyata keçirirlər.

Rəsmi statistikaya əsasən, hazırda Moldovadakı münaqişə zonasında mindən çox Rusiya sülhməramlısı xidmət edir. Onlar həm də bölgədə sursat anbarlarını qoruyurlar.

Hələ bu ilin əvvəlində Moldova Prezidenti Maya Sandu Rusiya sülhməramlılarının BMT və ya Avropa İttifaqının himayəsi altında mülki missiya ilə əvəz edilməsi əsasında tanınmayan respublikada enerji böhranı şəraitində oraya maliyyə yardımı göstərməyə hazır olduğunu bildirmişdi.

Bununla yanaşı, prezident Rusiya sülhməramlılarının "avrointeqrasiya naminə" çıxarılması istiqamətində də fəallıq göstərir.

Bu günlərdə Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov Dnestryanı bölgədən sülhməramlıların çıxarılması şərtlərini açıqlayarkən deyib ki, regiondakı münaqişənin həlli üzrə danışıqlarda irəliləyiş olduğu təqdirdə missiya daşıyıcılarının bölgədən çıxarılması məsələsinə baxıla bilər. Rusiya bu məsələdə vasitəçi, təminatçı deyil, həm də maraqlı tərəfdir.

Dnestryanıda silahlı münaqişə 1990-cı ildə, Moldova SSRİ-dən ayrıldığını elan edəndən sonra başlayıb.

Onda Rusiya müttəfiq respublikaların müstəqilliyi və mərkəzdənqaçma prosesinin qarşısının alınması, SSRİ-nin həmin ölkələrdə mövcudluğunu qoruyub-saxlamaq üçün münaqişələr yaradır, onu idarəedən, habelə vasitəçi rolunda çıxış etməyə çalışırdı. Əslində, bütün bunlar Rusiyanın siyasi, hərbi, geosiyasi maraqlarını qorumaq üçün atılan addımlar idi.

Oxşar hadisə Gürcüstanda da baş verib. 1994-cü ildə atəşkəs sazişi imzalandıqdan sonra Rusiyanın sülhməramlı hərbçiləri Abxaziyadakı təhlükəsizlik zonasına daxil edilmişdilər.

2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasında müharibədən sonra eyni missiya adı altında Cənubi Osetiyaya da yeridildilər.

Müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı, orada öz hərbi bazalarını yerləşdirdi.

Gürcüstan Rusiya qoşunlarını sülhməramlı deyil, işğalçı hesab edir. 2008-ci ildəki məlum hadisələrdən sonra rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsib və Rusiyanı qoşunlarını ərazisindən çıxarmağa çağırır.

Azərbaycanda sülhməramlı kontingent iki dəfə, fərqli statuslarla mövcud olub.

1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti tərəfindən "Dağlıq Qarabağ" ərazisində Xüsusi İdarə Komitəsi yaradıldı. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edildi. Onun tərkibində beş rus, iki erməni və bir azərbaycanlı var idi.

Bu komitənin fəaliyyəti və missiyası bölgədə münaqişənin aradan qaldırılması, dinc sakinlərin təhlükəsizliyini təmin etmək idi. Ancaq 1989-cu il iyulun 6-da Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsi ermənilər tərəfindən yandırılır. Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi istiqamətində ermənilərin "Miatsum" hərəkatının fəallığı artdı.

Həmin il iyulun 29-da, yəni 36 il əvvəl ermənilərin davamlı hücumları nəticəsində Azərbaycandan-Azərbaycana, yəni Naxçıvana gedən qatarların hərəkəti tamamilə dayandırıldı. Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşdü.

1989-cu il avqustun 16-da Xankəndidə ermənilər "Dağlıq Qarabağ əhalisinin qurultayı"nı keçirdilər və "müstəqil ittifaq ərazisi" elan etdilər. Bu, SSRİ-nin Azərbaycandakı sülhməramlı missiyasının fəaliyyətinin nəticəsi idi. Azərbaycandakı "Volski komitəsi rədd olsun!" şüarı ilə keçirilən etirazlardan sonra bu missiya buraxılmış elan olundu. Ancaq bölgədəki Rusiyanın 366-cı motoatıcı alayı birtərəfli qaydada fəaliyyət göstərir, ermənilərə Azərbaycan torpaqlarının işğalında yardım edirdi. Xocalı soyqırımı onların cinayətkar xidmətinin nümunəsidir.

Volskinin "Xüsusi komitəsi"ndən başlayan "sülhməramlı" əməllər bununla bitmir.

Sovetdənqalma tərkibində dörd motoatıcı, bir hava-desant diviziyası və beş hərbi aerodromu olan dördüncü ordu 1993-cü il mayın 25-də Azərbaycandan çıxarıldıqdan sonra geri qayıtmaq üçün həmişə fürsət axtarıb.

O, bunu 2020-ci il noyabrın 10-da əldə edib. Rusiya sülhməramlı kontingenti 27 il aradan sonra Azərbaycana qayıtmışdı. Ancaq onlar erməni separatçılara qanunsuz silahlı qrupların yaradılmasında iştirak etməklə ənənəvi missiyasını davam etdirdi.

Onların sülhməramlı kontingentin şəxsi heyətinin sayını artırmaqla, müvəqqəti, beş il müddətinə yerləşdirilməsinə razılıq verilən ordu üçün əlavə hərbi texnika daşımaqla mandatlarına uyğun olmayan əməllər törətməyə başlaması bu missiyanın mahiyyətini bir daha ifşa etdi.

Azərbaycan torpaqları işğaldan təmizlənəndən, ermənilər Qarabağı könüllü tərk etdikdən sonra Rusiya sülhməramlı hərbçilər də xidmətlərini başa vurdular.

Deməli, Rusiya qoşunları erməniləri müdafiə etmək adı altında Azərbaycana işğalçı olaraq yeridilib. Elə 1990-cı il yanvarın 20-də sovet qoşunlarının törətdiyi qırğın da bunu təsdiqləyir.

Rusiya sülhməramlıları Afrikada - BMT sülhməramlı missiyası kimi Mərkəzi Afrika Respublikası, Konqo, Cənubi Sudan və Qərbi Saxarada da iştirak edir. 2019-cu ildə Rusiya sülhməramlılarının əksəriyyəti məhz Afrikada yerləşdirilib. Ancaq Rusiya Afrikada öz əsl missiyasını "Vaqner" Özəl Hərbi Şirkətin fəaliyyəti əsasında icra etməyə başlayıb. 2023-24-cü illərdə şirkətinin bazasında "Afrika korpusu" formalaşdırılmışdı. Onların Liviyada hökumət qüvvələrinə qarşı silahlı qarşıdurmada iştirak etdiklərinə dair xəbərlər də yayılır.

Rusiya Ukraynanın şərqinə, Donetskə, Luqanska da sülh yaratmaq məqsədilə daxil olub. 2022-ci il fevralın 22-də bu bölgələrə "regionda sülhün qorunması və tərəflərin etibarlı təhlükəsizliyinin təmin edilməsi üçün" hərbçilər yerləşdiriliblər.

Rusiya bununla həm də həmin torpaqları gələcəkdə öz ərazisi elan etmək üçün "hüquqi" baza yaradıb.

Rusiyanın Ukraynada apardığı müharibədən qaçan rusiyalı əsgərlərin dediyinə görə, onların sülhməramlı missiya tərkibində xidmət edəcəklərinə boyun olublar.

Əfqanıstan, Vyetnam, Anqola, Mozambik və başqa yerlərdə kommunist, sol düşüncəli xalq hərəkatlarını müdafiə adı altında sovet qoşunları yeridilirdi.

Artıq bu dövlət yoxdur. Onun varisi Rusiya "bizimkiləri" (guya rusdilliləri) müdafiə adı altında keçmiş ittifaqın ayrı-ayrı bölgələrinə yeridilir. Moldovada, Gürcüstanda sülhməramlı missiyası ilə o, əslində, həmin respublikaları yenidən, başqa formada işğal etməyə səy göstərir.

Ukraynada da bu proses əvvəlcə elə başladı. Ancaq sülhməramlı missiya sonradan müharibə ilə əvəzləndi. O, bu mandatla yaratdığı münaqişələrə nəzarət edir. Bu baxımdan, Azərbaycan, Gürcüstan, Moldovada başlamış sülhməramlı missiyası Ukraynada müharibə olaraq göründü. Bununla da məramı sülh olmayan Rusiya qoşunları keçmiş sovet məkanında əsl üzünü, hədəfini göstərir. O bununla həm də sülhməramlı missiyaya inama kölgə salır.

Türkiyə və Azərbaycan hərbçiləri dünyanın bir sıra ölkələrində - İraq, Kosovo, Əfqanıstanda bu məqsədə xidmət ediblər. Müqayisədə fərqli mənzərə yaranır. Rusiyanın işğalçı niyyəti sülhməramlılar pərdəsi altında sülh və təhlükəsizliyi təhdid edir.

"Report" İnformasiya Agentliyi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyul 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri