Icma.az
close
up
RU
Mərc oynamaqda günahlandırılan türkiyəli FİFA hakimi prokurorluğa gəlib şikayət etdi!

Mərc oynamaqda günahlandırılan türkiyəli FİFA hakimi prokurorluğa gəlib şikayət etdi!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyədə oyunlara pul qoyuluşu etməkdə günahlandırılan bəzi hakimlərin adlarının açıqlandığını xəbər vermişdik.

Türkiyə Futbol Federasiyası tərəfindən mərc oynamaqda günahlandırılan ümumilikdə 152 hakimin adı açıqlanmışdı. Onların arasında ən diqqətçəkən isim Zorbay Küçük idi. FİFA hakimi statusunda olan Küçük kifayət qədər tanınan simalardandı və indiyə qədər superliqada bir çox önəmli oyunlarda fit sahibi olub.
Bu arada 33 yaşlı ədalət sahibi belə desək, özü əks-hücuma keçib. O bu gün səhər saatlarında vəkili ilə birlikdə İstanbul Cümhuriyyət Prokurorluğuna gəlib. Əvvəlcə onun ifadə vermək üçün prokurorluğa çağırıldığı düşünülsə də, bu hakim öz növbəsində şikayət etmək üçün gəlibmiş. Prokurorluğun önündə türkiyəli həmkarlarımıza açıqlamalar verən Küçük bütün ittihamları rədd edərək bunları deyib:

''Şikayətçi olmaq üçün gəlmişəm. Bilirsiz ki, hakimlərin icazəsiz açıqlama verməsi qadağandı. Amma indi çox qeyri-adi bir durum yaşanır. Ümid edirəm ki, bağlı olduğum qurum bu açıqlamalarımı anlayışla qarşılayacaq. Çünki bunu həm həmin qurumu, həm də özümü qorumaq üçün edirəm. Tam səmimi deyirəm ki, mən tək hakimlik karyeram ərzində yox, ondan öncə də heç bir mərc saytlarında qeydiyyatdan keçməmişəm. Heç bir hesab açmamışam və pul qoyuluşu etməmişəm. Nəinki futbola, heç bir idman növünə! Həqiqəti üzə çıxarmaq üçün burdayam. Şikayət üçün hər şeyi hazırlamışıq. Əslində daha uzun və geniş açıqlamalar vermək istərdim. Amma işimlə əlaqəli olaraq bunu edə bilmirəm. Mənim adıma açılan hesablardan şikayətçiyəm. Mənim adıma Türkiyə Cümhuriyyəti vəsiqəmdən istifadə edilərək bir neçə hesab açılıb. Qalanını vəkilim anladacaq''.

Hakimin vəkili bəzi detalları açıqlayıb. Onun sözlərindən belə aydın olur ki, Zorbay Küçükün adına iki müxtəlif mərc saytında saxta hesab açılıb. Vəkilin iddiasına görə bunu Türkiyə yox, xarici ölkə vətəndaşı edib. Küçükün vəsiqəsi həmin şəxsin əlinə keçib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see307

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see138

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see136

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see128

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see120

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see120

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri