Icma.az
close
up
RU
Mercedes tariflərin sektora ziyan vurduğunu bəyan edib

Mercedes tariflərin sektora ziyan vurduğunu bəyan edib

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mercedes-Benz Group” AG xəbərdarlıq edib ki, Avropa İttifaqı (Aİ) və ABŞ arasında avtomobil tarifləri ilə bağlı danışıqlarda gecikmələr sektora ciddi təzyiq göstərir.

Banco.az xəbər verir ki, “Mercedes” rəhbərlərindən Şafer İtaliyada Bloomberg-ə verdiyi müsahibədə avtomobil istehsalçılarının mövcud gömrük rüsumları səbəbilə çətinlik çəkdiyini bildirərək, “Vəziyyətin ciddi təsiri var. Hər iki tərəfin də qarşıdakı həftələrdə bir həll tapacağına ümid edirik. Buna həqiqətən ehtiyac var,” deyib.

Vaşinqton və Brüssel ötən həftələrdə genişmiqyaslı ticarət razılaşmasına nail olsalar da, ABŞ-da avtomobil vergiləri hələ də qüvvədə qalır.

Avropa avtomobil istehsalçıları ABŞ-a ixrac edilən avtomobillərdə 27,5 faiz gömrük rüsumu ilə üz-üzədir. Bu göstəricinin Aİ-nin ABŞ sənaye məhsullarına tətbiq etdiyi vergiləri aradan qaldırmasının ardından 15 faizə enəcəyi gözlənilir.

Bloomberg-in xəbərinə görə, Aİ müvafiq hüquqi tənzimləmələri sürətlə qüvvəyə mindirməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://banco.az
archiveBu xəbər 28 Avqust 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri