“Mercedes” və “Airbus”dan bir ilk: Vertolyot istehsal etdilər
Icma.az, Lent az portalına istinadən məlumat verir.
“Mercedes” və “Airbus” şirkətlərinin müştərək olaraq dizayn etdiyi və lüks avtomobilin rahatlığını səmaya daşıyan yeni 10 milyon dollarlıq ACH145 vertolyotu təqdim edilib.
Lent.az xəbər verir ki, alman avtomobil nəhəngi “Mercedes” və Fransa təyyarə istehsalçısı “Airbus”, lüksün sərhədlərini genişləndirən yeni bir əməkdaşlıq imzalayıb.
İki nəhəng San Pauloda xüsusi olaraq hazırlanmış 10 milyon dollarlıq ACH145 “Mercedes-Benz Edition” helikopterini təqdim edib.
Vertolyotun interyeri ağ dəri, taxta döşəmə və metal detallarla təchiz olunub.
EQS və Maybach konseptlərindən ilhamlanan salonda dörd-səkkiz sərnişin üçün xüsusi oturacaqlar mövcuddur.
Ultra varlı alıcılar üçün nəzərdə tutulmuş bu xüsusi buraxılış vertolyotu altı fərqli interyer və ya tam xüsusi sifarişli dizayn seçimləri təklif edir.
Vertolyot saatda 254 kilometr sürətə çata və dörd saatlıq uçuş məsafəsinə malik ola bilər.
Əvvəlki modellərdən daha səssiz işləyən yeni dizayn 150 kiloqram yük daşıma qabiliyyəti vəd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 05 Mart 2026 06:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















