Mərkəz direktoru: Xəzər dənizi və daxili sularımızın mövcudluğu Azərbaycanda akvakulturanın inkişafına təminat yaradır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 15 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nin əsas fəaliyyət istiqamətləri Azərbaycanda akvakultura sahəsinin inkişaf etdirilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri çərçivəsində keçirilən 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.
Onun sözlərinə görə, akvakulturanın inkişafı Azərbaycanda ən prioritet məsələlərdən biridir.
“Azərbaycanın Xəzər dənizinə çıxışı olması, eyni zamanda, daxili sularımızın mövcudluğu Azərbaycanda bu sahənin inkişafına böyük təminat yaradır. Balıqçılığa tək qida istehsalı kimi yanaşılmamalıdır. Bu, həm qida təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, eyni zamanda, biomüxtəlifliyin qorunması kimi böyük bir sahəni əhatə edir”, - deyə C.Əliyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 15 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















