Icma.az
close
up
RU
Mərkəzi Asiya ilə Azərbaycan arasında regional inteqrasiyanın yeni mərhələsi başlayır ŞƏRH

Mərkəzi Asiya ilə Azərbaycan arasında regional inteqrasiyanın yeni mərhələsi başlayır ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirak edəcək. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycan arasında regional inteqrasiyanın yeni mərhələsi başlayır. Prezident İlham Əliyevin Özbəkistana səfəri, Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü bunu bir daha təsdiqlədi. Belə ki, Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir. Burada Cənubi Qafqazın lokomotivi olan Azərbaycanın fəaliyyətini Mərkəzi Asiya istiqamətində genişləndirməsindən söhbət gedir. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşıdığını diqqətə çatdıran deputat əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb.

“Bu il Bakı ilə Daşkənd arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Son illər reallaşan qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib. Tərəflər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar sərgiləyir. Xüsusilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Mərkəzi Asiya ölkələri Azərbaycana qardaş dəstəyi nümayiş etdirir. Dövlətimizin başçısı Məşvərət Şurasının toplantısında bu məsələyə bir daha diqqət çəkdi və bu dəstəyi yüksək qiymətləndirdi”, - deyə Nigar Məmmədova bildirib.

Birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi

Deputat qeyd edib ki, mürəkkəb geosiyasi proseslər kontekstində region ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi zərurətə çevrilib. Əməkdaşlığı daha da gücləndirmək, təhlükəsizliyə və davamlı inkişafa təhdidlərə qarşı koordinasiyalı cavab hazırlamaq yeni dövrün əsas vəzifələrindəndir. Bu xüsusda regional dialoqun strateji formata çevrilməsi vacibdir. Region ölkələri, həmçinin ticarət, iqtisadi və investisiya əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədir. Belə ki, ilkin mərhələdə hədəf qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artırmaqdır. Regionda vahid investisiya mühitinin formalaşdırılması, virtual ticarət platformalarının yaradılması da əsas prioritetlər sırasındadır. Regionun yüksək texnologiyalı infrastrukturu və nəqliyyat-logistika potensialı yaxşı imkanlar yaradır.

“Bu xüsusda Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti var. Belə ki, dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir. Orta Dəhliz çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək. Bununla yanaşı “yaşıl dəhlizlərin”, fiber-optik xətlərin və digər obyektlərin tikintisi və modernləşdirilməsi üçün strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi üçün səylər birləşdirilir. Beləliklə, qısa müddət ərzində Mərkəzi Asiya dialoqdan real tərəfdaşlığa keçdi. Azərbaycan ilə bu region arasında güclü bir körpü formalaşmaqdadır. Bu isə regionlarımız arasında strateji əlaqəni və sabitliyi gücləndirəcək”, - deyə Nigar Məmmədova vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri