Icma.az
close
up
RU
Mərkəzi Bank banklarla bağlı yeni meyarları təsdiqlədi

Mərkəzi Bank banklarla bağlı yeni meyarları təsdiqlədi

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19 mart 2025-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə 09 aprel 2025-ci il tarixində qüvvəyə minib.

Bu barədə Modern.az-a Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, AMB, qanunvericiliyə müvafiq olaraq, sistem əhəmiyyətli bankların meyarlarını və həmin meyarlar əsasında sistem əhəmiyyətli bankları müəyyən edir. Qeyd edək ki, ölkəmizin bank qanunvericiliyinə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər 2017-ci ildə gətirilib, Meyarların ilk versiyası 2019-cu ildə təsdiq edilərək sistem əhəmiyyətli bankların müəyyən edilməsinə başlanılıb.

Sistem əhəmiyyətli banklar bütün maliyyə sektorunun dinamikasını müəyyən edir. Həmin bankların əməliyyatlarının əhatə dairəsi və həcmi nəzərə alınaraq, bu banklar üzrə maliyyə dayanıqlığının pozulması sistem risklərin aktivasiyasına gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bankın əsas vəzifəsi hər hansı bankın sistem əhəmiyyətliliyini adekvat şəkildə müəyyən etməkdən ibarətdir. Bunun üçün potensial riskləri azaltmaq məqsədilə sistem əhəmiyyətli banklara münasibətdə düzgün uyğunlaşdırılmış tənzimləyici tələblərin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük deyil. Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir. Əksinə, sistem əhəmiyyəti bankın rəhbərliyinin bütövlükdə maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında artan məsuliyyəti deməkdir. Bu isə öz növbəsində, belə bankların əlavə normativ tələblərə əməl etməsini zəruri edir. Buna nümunə olaraq, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələblərini (məcmu və birinci dərəcəli kapitalının adekvatlığı üzrə), fərqli leverec əmsalı tələbini göstərmək olar.

Əlavə olaraq qeyd edək ki, 2024-cü ilin dekabr ayında Mərkəzi Bankın “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” və “Risk-əsaslı nəzarət üzrə siyasət konsepsiyası” təsdiq edilərək geniş ictimaiyyətə açıqlanıb (keçidlər: //www.cbar.az/press-release-4923/central-bank-unveils-banking-sectors-macroprudential-policy-framework//www.cbar.az/press-release-4928/the-central-bank-has-approved-the-policy-concept-on-risk-based-supervision). Göründüyü kimi, beynəlxalq standartlara müvafiq olaraq, Mərkəzi Bank özünün prudensial tənzimləmə və nəzarət alətlərindən istifadə edir, habelə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində sözügedən alətlərin modernizasiyası istiqamətində tədbirlərini davam etdirir.

Qeyd edək ki, Meyarların yeni redaksiyasında bankların sistem əhəmiyyətliyinin müəyyən edilməsi üzrə indikatorların çəki dərəcələrinə yenidən baxılmış, bəzi yeni indikatorlar əlavə olunmuş, hesablama metodologiyası təkmilləşdirilib. Əvvəlkindən fərqli olaraq, yenilənmiş Meyarlar, sistem əhəmiyyətli bankları başlıca olaraq onların aktivlərinin həcmi əsasında deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsini daha dəqiq əks etdirən digər indikatorlar da nəzərə alınmaqla müəyyən etməyə imkan verir. Belə ki, Meyarlarda, bankların ölçüsü göstəricisinin hesablanmasına depozit portfelinin həcmi indikatoru daxil edilmiş, əvəzolunmazlıq göstəriciləri olaraq bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankın bankomatlarının, xidmət etdiyi POS-terminallarının, habelə filiallarının sayı indikatorları əlavə olunub.

Meyarların mətni ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz: //e-qanun.az/framework/59299

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri