Mərkəzi Bank kibertəhlükəsizliklə bağlı insidentlərin vahid analiz sistemini işə salır
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gələcəkdə hər hansı bankda baş verəcək kibertəhlükəsizliklə bağlı insident təkcə həmin bankın problemi kimi qiymətləndirilməyəcək. Belə hallar dərhal Mərkəzi Banka ötürüləcək və hadisələr mərkəzləşdirilmiş şəkildə təhlil edilərək bütün banklara çatdırılacaq.
"APA-Economics" xəbər verir ki, bunu Mərkəzi Bankın İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
O bildirib ki, qurum daxilində yaradılan “pinsert” funksiyası vasitəsilə insidentlər toplanacaq, texniki və risk yönümlü analiz aparılacaq, nəticələr isə vaxtında sektora xəbərdarlıq şəklində təqdim ediləcək. Bu mexanizm bank sektorunda oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq, risklərin yayılmasını məhdudlaşdırmaq və operativ müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıyır.

