Icma.az
close
up
RU
Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üçün növbəti müraciətlərin qəbuluna BAŞLAYIR

Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üçün növbəti müraciətlərin qəbuluna BAŞLAYIR

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xüsusi tənzimləmə rejimində iştirakla bağlı növbəti müraciətlərin qəbulu tarixi müəyyən olunub. Azərbaycan Mərkəzi Bankında (AMB) 15 dekabr 2024-cü il tarixindən ikinci dövrdə iştirakla bağlı başlayacaq qəbulun 15 yanvar 2025-ci il tarixinədək davam etdirilməsi nəzərdə tutulub. 
Bu barədə Bizim.Media AMB-yə istinadən xəbər verir. 
Məlumata görə, Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir.
Maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi məqsədilə tətbiq edilən xüsusi tənzimləmə rejimi bu mühüm təşəbbüslər sırasındadır. 
Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulunun sınağı Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. 
Qeyd edək ki, xüsusi tənzimləmə rejimində iştirakla bağlı may ayında başlamış ilk qəbul dövründə 4 innovativ məhsul seçilərək sınaqdan keçirilmə imkanı qazanıb. 
 

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları müraciətlərin qəbulu tarixi başladıqdan sonra xüsusi internet səhifəsi ( sandbox.cbar.az ) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkün olacaq. 


Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see159

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see141

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see127

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see118

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see115

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see114

Ömər Bolat Yaponiyaya gedəcək

22 Aprel 2025 16:01see112

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see112

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see111

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see111

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri