Icma.az
close
up
RU
Mərkəzi bankın yeni QƏRARI GÜNDƏMDƏ: Vətəndaşlar nə ƏLDƏ EDƏCƏKLƏR? KONKRET

Mərkəzi bankın yeni QƏRARI GÜNDƏMDƏ: Vətəndaşlar nə ƏLDƏ EDƏCƏKLƏR? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib.

KONKRET.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun imzaladığı yeni qərara əsasən, BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb.

BOKT-lər üçün nizamnamə kapitalının artırılması nəyə hesablanıb? Burada əsas məqsəd vətəndaşları, yoxsa bankları qorumaqdır?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılması risklərin sığortalanması və eyni zamanda, bu sahədə etibarlılığın gücləndirilməsi məqsədini daşıyır:

“Nəzərə alsaq ki, əvvəlki dövrlər üçün nizamnamə kapitalının məbləği yüksək deyildi, bu da ona gətirib çıxarır ki, xeyli sayda BOKT formalaşırdı, amma onların ümumi kredit portfelində payı çox deyildi. Nəticə etibarilə həmin təşkilatlar bir sıra hallarda kifayət qədər yüksək faizlə kredit təklif edirdilər ki, bu da təbii olaraq, vətəndaşlarımızın borclanmasına, daha sonra həmin borc kreditlərinin geri qaytarılmasında çətinliklərin müşahidə olunmasına gətirib çıxarırdı.

Ona görə yeni qaydalar birmənalı şəkildə həm risklərin sığortalanması, həm də bu sahədə rəqabətin gücləndirilməsi məqsədi daşıyır. Çünki nəticə etibarilə həm də BOKT-lər üçün sektorun payının artırılması və ümumi kredit portfelində payının çoxaldılması aspektindən də vacib hesab olunur.

BOKT-lər banklara nisbətən daha yüksək faizlə kreditlər təklif etdiklərindən bu faizlərin optimallaşdırılmasına və azaldılmasına ehtiyac var. Ümumiyyətlə, burada, təbii ki, həm kredit resurslarından səmərəli istifadə olunması, həm də yüksəkfaizli borclanmanın qarşısının alınması məqsədi də var”.

Ekspert hesab edir ki, yeni qərarın məqsədi bankları qorumaq deyil:

“Ona görə deyil ki, BOKT-lər banklarla rəqabət apara bilmirlər. Banklarla müqayisədə BOKT-lərin ümumi kredit portfelində payı kifayət qədər kiçikdir və onlar bu kontekstdən banklara rəqib hesab olunmurlar. Əslində, yanaşma həm də ondan ibarət olmalıdır ki, BOKT-lər də kredit bazarında rəqabətə təsir göstərə bilsinlər. Çünki indiki halda onların kredit bazarında rəqabətə təsir imkanları məhduddur. Ona görə də mərhələli şəkildə BOKT-lərin də bazarda əsas aktorlardan birinə çevrilməsinə ehtiyac var, – deyə ekspert vurğulayıb.

V.Bayramov qeyd edib ki, hazırda ölkədə 50-dən çox BOKT fəaliyyət göstərir. Onların siyahısı ilə Mərkəzi Bankın saytında tanış olmaq olar.

Nizamnamə kapitalı aşağı olan BOKT-lərin bağlanması ehtimalına gəlincə, iqtisadçı vurğulayıb ki, nizamnamə kapitalını formalaşdıra bilməyən BOKT-lərın fəaliyyəti növbəti mərhələdə, təbii ki, dayandırılır.

“Amma nizamnamə kapitalı elə də çox böyük deyil və nisbətən güclü BOKT-lər onu formalaşdıra biləcəklər. BOKT-lərdə depozit öhdəliyi yoxdur, yalnız kredit öhdəliyidir. Bu isə o deməkdir ki, BOKT bağlanan zaman hansısa vətəndaş qarşısında depozit öhdəliyi olmur. Bağlanacağı halda vətəndaşa bildirilir ki, BOKT-nin müflis olması ilə bağlı hansı qurum məsuldur və vətəndaş kredit borcunu geri ödəməkdə davam edir. Bir daha vurğulamaq istərdim ki, BOKT-də depozit öhdəliyi olmadığı üçün onun vətəndaş qarşısında depozit kontekstində hər hansı bir öhdəliyi yaranmır”, – deyə V.Bayramov bildirib./oxuaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see143

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see127

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri