Icma.az
close
up
RU
Mərkəzi bazarda dava: Əsəb pozğunluğu cinayətə səbəb oldu

Mərkəzi bazarda dava: Əsəb pozğunluğu cinayətə səbəb oldu

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Lənkəranda iki nəfərin arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 18-də baş verib. 1988-ci il təvəllüdlü Cəmaləddin həmin gün saat 14 radələrində Lənkəran şəhəri, mərkəzi bazarda olan ara yolda Samirin yol verməməsi üstündə onunla mübahisə edib. 
Baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxsin burnuna qəsdən bir kəllə zərbəsi vurub və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Cəmaləddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2-ci Qarabağ müharibəsindən sonra əsəbləri pozulub, dəfələrlə müalicə etməsinə baxmayaraq əsəbləri sağalmayıb: “Lənkəran şəhər sakini məndən şikayət edən Samiri əvvəllər tanımamışam, onunla aramızda hər hansı münasibət və ya ədavət olmayıb. Aprelin 18-də, saat 14 radələrində Lənkəran şəhərində mərkəzi bazarda bir tanışım ilə görüşmək üçün piyada gedərkən həmin vaxtı əsəblərim gərgin olub. Bu zaman qarşıdan mənə doğru hərəkət edən həmin Samir adlı şəxslə üzbəüz gəldim. Bunun üçün Samirə əsəbi halda “keç o tərəfdən get də” dedim. Həmin Samir adlı şəxs mənə qarşı artıq-əskik sözlər dedi, sonra əl-qolla danışaraq əl-qol atmaq istəyəndə özümü saxlaya bilmədim. Samir adlı şəxsin burnuna bir kəllə zərbəsi vurdum. Zərbədən Samirin burnundan qan açılaraq axmağa başladı. Ətrafda olan tanımadığı cavan oğlanlar bizi ayırdılar”. 
İş üzrə zərərçəkmiş Samirin sözlərinə görə, mərkəzi bazarda özünə məxsus dükanda dərziliklə məşğul olur: “Aprelin 18-də, saat 14 radələrində dükanımın yaxınlığında yolla piyada dükanına qayıdarkən mənimlə  qarşı-qarşıya gələn, sonradan öyrəndiyim musiqi məktəbində təsərrüfat müdiri işləyən Camal adlı, əsil adı Cəmaləddin olan şəxs yanımdan keçərkən çiyni çiynimə çırpıldı. Cəmaləddin adlı şəxsə “yolun sağı boşdur, gərək üstümə gələsən” dedim. Cəmaləddin adlı şəxslə aramızda mübahisə başladı və Cəmaləddin gözlənilmədən sifətimə bir kəllə zərbəsi vurdu, zərbə burnuma dəydi. Bu səbəbdən burumun üstü yarıldı. Bundan sonra burnumdan qan açıldı. Yaxınlıqda olan iş yoldaşım Vaqif və bir-iki nəfər tanımadığım yolla keçən şəxslər bizi  ayırdılar”. 
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı şikayətini geri götürüb. 
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Sentyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri