Mərkəzi Gömrük Hospitalında Caspian Energy Club un nümayəndə heyəti ilə görüş keçirilib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
02 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında "Caspian Energy Club"un Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev və İcraçı Direktor Günel Quliyeva ilə əməkdaşlıq görüşü keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və PR mütəxəssisi Dilarə Zamanova iştirak ediblər.
Görüş zamanı tərəflər arasında tibbi xidmətlərin inkişafı, birgə layihələrin həyata keçirilməsi, elmi-təcrübi əməkdaşlıq, konfrans və forumlarda qarşılıqlı iştirak, həmçinin əməkdaşlığın rəqəmsal kommunikasiya istiqamətləri üzrə geniş müzakirələr aparılıb.
Sonda tərəflər əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli tərəfdaşlığın qurulması istiqamətində razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 02 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















