® Mərkəzi Gömrük Hospitalında “Etik davranış mədəniyyəti və stres idarəetməsi” mövzusunda maarifləndirici təlim keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Mərkəzi Gömrük Hospitalında “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” çərçivəsində etik dəyərlərin təşviqi və psixoloji dayanıqlığın artırılması məqsədilə “Etik davranış mədəniyyəti və stresin idarəolunması” mövzusunda maarifləndirici təlim keçirilib.
Hospitalın rezident və tibb bacılarının iştirak etdiyi təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev etik davranış qaydalarının təbliği istiqamətində mütəmadi olaraq həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti barədə danışıb.
Təlim zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin inspektoru Səmra Qasımova “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin izahı” mövzusunda və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının psixiatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Gülay Məmmədzadə “İnsanlarla işləyən zaman: streslə mübarizə üçün nələr edə bilərik?” mövzularında təqdimatla çıxış ediblər.
Tədbirin yekunda iştirakçılar etik davranış qaydaları və stresin effektiv idarəolunması ilə bağlı fikir mübadiləsi aparıblar və onların mövzu ətrafında verdikləri suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















