Mərkəzi Gömrük Hospitalında “Kəskin Koronar Sindromun menecmenti” mövzusunda seminar həyata keçirilib
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
11 iyul 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Kəskin Koronar sindromun menecmenti” mövzusunda seminar həyata keçirilib.
Seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmail Əfəndiyev rezidentləri salamlayaraq mövzunun aktuallığına dair fikirlərini bölüşüb və auditoriyanı aktiv iştirakçılığa dəvət edib. Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov geniş təqdimatla çıxış edib. Təqdimat zamanı Nabil Seyidov Amerika Kardiologiya Assosiasiyası, Amerika Kardiologiya Cəmiyyəti və digər mötəbər tibbi cəmiyyətlərin yeni tövsiyələri, 2025-ci ildə dərc olunmuş elm naliyyətlər və yeni texnologiyalar barədə geniş məlumat verib və rezidentlərin suallarını cavablandırıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 14 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















