Icma.az
close
up
RU
® Mərkəzi Gömrük Hospitalında “Novartis” farma şirkətinin nümayəndələri ilə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Novartis” farma şirkətinin nümayəndələri ilə görüş keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Mərkəzi Gömrük Hospitalında “Novartis” farma şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın səhiyyə sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi, innovativ müalicə metodlarının tətbiqi, tibbi təhsil və təcrübə mübadiləsinə dair birgə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov beynəlxalq səviyyədə tanınan və innovasiyalara əsaslanan “Novartis” farma şirkəti ilə əməkdaşlığın əhəmiyyətindən, gələcəkdə bu əməkdaşlığı genişlənəcəyindən, birgə layihələrin xəstələrin məmnunluğuna və səhiyyə sisteminin inkişafına töhfə verəcəyinə bəslənilən inamdan bəhs edib. Qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalının tibbi potensialı, yüksək ixtisaslı mütəxəssis heyəti və qabaqcıl texniki imkanları beynəlxalq əməkdaşlıq layihələri üçün əlverişli zəmin yaradır.

“Novartis” farma şirkətinin Qazaxıstan nümayəndəliyinin brend menecerləri Daulet Suleymenov və Vlada Emelyanova çıxış edərək şirkətin qlobal miqyasda innovativ tibb sahəsində əldə etdiyi uğurlar, müasir müalicə protokollarının hazırlanması, nadir və xroniki xəstəliklərin müalicəsində qabaqcıl yanaşmalar haqqında ətraflı məlumat veriblər. Onlar bu əməkdaşlığın yalnız müalicə sahəsində deyil, klinik tədqiqatlar və tibbi təcrübə mübadiləsi kimi vacib istiqamətləri də əhatə edəcəyini bildiriblər.

Şirkətin layihə meneceri Xumar Bağırova “Azərbaycanda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə gömrük əməkdaşlarına lipid profilinin skrininqi üzrə layihə” mövzusunda təqdimatla çıxış edərək layihənin məqsədləri, əhatə dairəsi və gözlənilən nəticələri haqqında ətraflı məlumat verib.

Görüş zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, kardioloq Günay Hətəmova, damar cərrahı Səbuhi Dadaşov təqdim olunan layihə və gələcək əməkdaşlıq imkanları barədə rəy, təklif və fikirlərini söyləyib, gələcək planlar və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparıb və birgə fəaliyyətin möhkəmləndirilməsi məqsədilə atılacaq konkret addımları müzakirə ediblər.

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri