Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmur
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
NATO və ya Avropa İttifaqına üzv ölkələrin hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi gündəmdə deyil.
APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts İtaliya Baş naziri Corcia Meloni ilə görüşdən sonra bildirib.
“Bu istiqamətdə heç bir qərar yoxdur, NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi mövzusu müzakirə olunmur”, – kansler qeyd edib.
Almaniya kansleri əlavə edib ki, hazırda əsas diqqət atəşkəsin əldə olunmasına yönəlib.
Öz növbəsində, Baş nazir Meloni də bu ideyaya hər zaman skeptik yanaşdığını vurğulayıb.

NATO və Aİ Ukraynaya sülhməramlıların göndərilməsi üçün DANIŞIQLAR APARACAQ
14 Dekabr 2024 19:04
Aİ və NATO Ukraynaya qoşun göndərməyi müzakirə edir
10 Aprel 2025 17:57
Aİ NATO olmadan Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edir
20 Dekabr 2024 06:50
Bolqarıstan parlamenti hərbçilərinin Ukraynaya göndərilməsi imkanını məhdudlaşdırıb
21 Fevral 2025 17:26
“NATO qoşunlarının Ukraynaya göndərilməsi ağıllı qərar olmaz”
28 Noyabr 2024 12:18

