Icma.az
close
up
RU
Məryəm ananın göyə ucalması Bir rəsmin dedikləri

Məryəm ananın göyə ucalması Bir rəsmin dedikləri

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Türkiyənin Ondokuz Mayıs Universitetindən Qərbi Avropa İncəsənəti və Memarlığı üzrə uzman olan sənətşünas Bəhmən Səlimovdur. Onunla dünyaca məşhur rəssam Correggionun "Məryəm ananın göyə ucalması" əsərindən danışmışıq.

Antonio Allegri da Correggio 1489-1534-cü illər aralığında İtaliyanın Coreggio-Emilia Romagna regionunda yaşayıb-yaradıb. Onun yaşadığı dövr Qərbi Avropa Renessans dövrü adlanır. Kilsə kanonlarından (qayda) kənara çıxmağa başlayan Klassik Avropa ərazisində artıq rəsm, memarlıq, heykəltaraşlıq, musiqi, habelə digər sənət növləri sənətçilər tərəfindən insan zövqünə uyğun şəkildə dizayn edilməyə başlayır. Kilsə qanunlarına əsasən sənət din üçün mövcud idi. Adi insan və milli-mənəvi dəyərlər kimi səhnələr incəsənətdə yer ala bilməzdi. Həmçinin, əsəri yaradanın imzası olmamalı idi. Çiçəklənmə və ya İntibah dövrü olan Renessansla birlikdə sənətçilər kilsəni yavaş-yavaş ikinci plana atmaqla əsərlərinin üzərinə öz imzalarını həkk etməyə, adi personajlar təsvir etməyə, dini səhnələrə peyzaj janrını gətirməyə, elmi dini inancdan üstün tutmağa başlayırlar. İşıq-kölgə effektlərinin kəşfi ilə onlar öz əsərlərini daha dinamik və canlı halda təsvir edirlər.

Coreggio da belə sənətçilərdən biridir. Onun rəsmləri Renessansdan daha çox Barok üslubu ilə yaxınlıq təşkil edir. Coreggio işıq-kölgə prinsipinin bütün imkanlarından yararlanaraq yeni bir üslubun təməllərini atıb. "Məryəm ananın göyə ucaldılması" əsərində hər şeyi daha dəqiq müşahidə etmək olar. Fresko Parma ərazisində, Parma Kafedralının gümbəzinə təsvir olunub.

- Əsərin yaranma tarixçəsi haqqında nələr bəllidir?

- 1522-ci ildə İtaliyadakı Parma Kafedralının gümbəzinə dini motivli bir səhnə təsvir etmək üçün kilsə Coreggioya fresko sifariş edir. O, uzun sürən səhnə axtarışlarından sonra xristianlıqda önəmli hekayələrdən birini təsvir etmək qərarına gəlir. Hekayə Məryəm ananın ölüm döşəyində yatdığı bir anla başlayır. Hz.İsa, Hilary, Vəftizçi Yəhya və digər müqəddəslər həmin anda Hz.Məryəmi dövrəyə alıblar. Hz.İsa və mələklər Hz.Məryəmin ruhunun göyə yüksəldiyinə şahidlik etmək üçün burada toplaşmışdılar. Və beləcə, göylər bu müqəddəs qadını qəbul edir. Coreggio həqiqətən peşəkar bir rəssam idi. O, bu səhnəni uzun müddət planladıqdan sonra 1526-cı ildə çalışmalara başlayır. Mövzu izləyicini kilsəyə bağlamalı və eyni zamanda burada Hz.İsa, Məryəm və mələklərin müqəddəsliyi vurğulanmalıydı. Gümbəzə baxan izləyici həqiqətən bu hadisəyə şahidlik etdiyini sanmalı idi. Rəssam elə bir səhnə seçmişdi ki, əsrlər keçsə belə, onun üslubu heç bir zaman sönməyəcəkdi. İndiyə qədər edilməmiş tərzdə xüsusi canlılıq və hətta mifoloji tərz ilə dini mövzuların harmoniyasından yola çıxaraq rəssam ön Barok adlandırdığımız yeni bir üsluba keçidin əsasını qoydu. İşıq-kölgəni, perspektivi kəşf edən Giotto, Mazaccio, onları inkişaf etdirən və yeni əlavələr edən Leonardo Da Vinçi, Mikelancelo, digər sənətçilərin prinsiplərindən faydalanan Coreggio daha böyük bir fərq yaradaraq, yeni üslubun təməllərini atdı.

"Məryəm ananın göyə ucaldılması" kompozisiyasınının kənarlarında Vəftizçi Yəhya, Hz.Yusif, Hilary və Bernard təsvir olunmaqla qoruyucu rolunu oynayırlar. Günbəzin alt hissəsini əhatə edən pəncərələr arasında heyrətə gələn həvarilər dayanıblar. Müqəddəslər arasında Adəmlə Həvva və Holofernesin başını tutan Judith var. Günbəzin ortasında isə anası ilə görüşmək üçün enən saqqalsız İsa təsvir olunub.

- Əsərin rəng həlli və kompozisiyası necədir?

- Coreggio əsəri illusionistik tərzində təsvir edib. Məryəm ilahi nurun mərkəzindədir, çevrəsindəki fiqurlar isə dinamik diaqonal və əyri xətlər boyunca yerləşdirilib ki, bu da harmoniya və hərəkət təsiri yaratmaqdadır. Rəssam rəngləri "Chiaroscuro" texnikasında həll edib. Yəni rənglər dekorativ məqsədindən daha çox işıq-kölgə oyunları vasitəsi ilə həcm və hərəkəti dərinləşdirmək üçün qurulub. Dinamik sarı, yaşıl, narıncı tonlar və parlaq əsas tonlar izləyicidə həm emosional, həm də ilahi məkan illüziyası yaratmaqdadır.

- Bu əsər rəssamın digər işləri ilə müqayisədə hansı ortaq və fərqli cəhətlərə malikdir?

- Rəssamın əsərləri dinamika və emosionallıq baxımından bir-biri ilə oxşardır. Həmçinin, o, hətta dini mövzularda belə sanki mifolojik səhnə təsvir edircəsinə səhnələri mistik görkəmdə çəkib. Mifoloji səhnələrin dini janrlardan fərqi orada çılpaqlıq və bədən quruluşunun proporsiyalarını istədiyi kimi rahat ərsəyə gətirməsi ilə fərqlənir. Onun "Katerinanın mistik evliliyi", "İsa Məsihin başı" "Venera və eşq tanrısı" kimi əsərləri var.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bu iş rəssamın şah əsəri sayıla bilər. Bəzən qarşımıza qoyulan kanonları aşdığımız zaman istedadımızın hüdudları ağılasığmaz həddə çatır. Coreggio kanonları tamamən aşaraq Hz.Məryəmi dinamik, mifoloji tərzdə canlandırıb və beləcə, yeni bir üslubun əsasını qoyub. Ona qədər bu səhnə dəfələrlə canlandırılmışdı. Ancaq ilk dəfə idi ki, işıq və kölgə, eləcə də rənglərlə sanki yeni bir dünya yaradan sənətkar çıxdı. Bu gün bizə adi gələn bu səhnəni əsrlər əvvəl yaratmaq sadəcə bir xəyal idi. Ancaq fikrindəki arzuları reallaşdıran sənətkar bu gün pitoresk rəsm görüntüləri dediyimiz üslubun təməlini qoydu.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri