Icma.az
close
up
RU
Məsciddə nəzir qutusu qoymaq düzgündürmü?

Məsciddə nəzir qutusu qoymaq düzgündürmü?

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Həzrət Məhəmməd (s.ə.s) Peyğəmbər zamanında müsəlman icmasının bir sıra inzibati binaları olmadığı üçün məscid müxtəlif funksiyaları yerinə yetirirdi. Orada iftar etmək olurdu, yemək də verilirdi. Bu ənənə indiyəcən gəlib çıxıb. Ola bilər ki, imkansız şəxslərə yemək də verilib. Lakin nəzir qutuları olmayıb. Bu, çox sonralar dini biznesə çevirəndən sonra meydana gəlib. Əgər məscidin xüsusi büdcəsi varsa, əlbəttə o vəsaiti dövlət nəzarəti çərçivəsində xeyriyyə işlərinə sərf edə bilirdi. Ancaq hesab edirəm ki, indiki zamanda bu, ölkəmiz üçün xarakterik olmaz”.

Bu fikirləri KONKRET.az-a açıqlamasın da ilahiyyatçı Tural İrfan səsləndirib.

“Çünki kasıblara, imkansız adamlara şərait yaratmaq üçün müxtəlif təşkilatlar, qurumlar, sosial məsələlərə baxan müəssisələr var. Məscid xeyriyyə məkanı yox, ibadət evidir. Böyük alimlərdən İmam Malik bin Ənəs Mədinədən İraqa səfər edərkən Kufədə bir məscidə daxil olub orada namaz qılmaq istəyir. Amma girişdə bir sandıq görüb bunun nə olduğunu soruşur. Ona deyirlər ki, bu nəzir üçündür. İmkanlı adamlar pul atır, biz də kasıblara veririk. İmam Malik orada namaz qılmaqdan imtina edir ki, artıq bura məscid olmaqdan çıxıb, ticarət məkanına çevirib. Demək kimsə bura pul atıb özünü yaxşı adam kimi göstərə bilər. Yəni belə misallara çox rast gəlmək olar”.

İlahiyyatçı qeyd edir ki, Məscid Qurana görə yalnız ibadət və səcdə məkanı kimi fəaliyyət göstərməlidir.

“Xeyriyyə, çörək paylamaq kimi işlər başqa məkanlarda ola bilər. Məscidin əsas funksiyasından uzaqlaşmaq olmaz. Əslində məsciddə meyit yumaq, kəfənləmək kimi işlərin görülməsi də doğru deyil. Peyğəmbər zamanında belə şeylər olmayıb. Ona görə ki, bu işlər təmənna ilə görülür. Bu da alverdir. Əgər məsciddə nəzir adı ilə pul yığılması, Quran oxunması adı ilə vəsait alınması, ölü yuyulmasına görə məbləğ tələb olunması halları varsa, ora ibadətgah yox, bazardır. Məscid, ibadət evi, yalnız Allaha üz tutulan yerdir. Orada ticarət, alver, mənfəət götürmək vasitələri təşkil olunubsa, demək ticarət mərkəzi, biznes ofisidir. Çörək paylanması doğru deyil. Məsciddə yox, başqa yerdə kasıb adamlara nəinki çörək, digər növ ərzaqların paylanması da savabdır. Amma bu kimi işlər dövlətin aidiyyəti qurumunun məsləhəti yaxud icazəsi ilə olmalıdır”.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri