Icma.az
close
up
RU
Bu şirniyyatları uşaqlara əsla VERMƏYIN

Bu şirniyyatları uşaqlara əsla VERMƏYIN

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Tərkibində çoxlu şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqan və beynin fəaliyyəti üçün vacibdir.

Şirniyyatlar, həmçinin əhvalın yüksəlməsində rol oynayan endorfinlərin sintezi üçün də lazımdır. Orqanizmdə karbohidrat çatışmazlığı yağ və zülal mübadiləsində pozulmalara səbəb olur. Lakin buna baxmayaraq hazırda şəkərdən həddindən artıq istifadə halları ilə rastlaşırıq.
Sputnik.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova universitetin mətbuat xidmətinə bildirib.

Hazırda çox aktual problemlərdən olan uşaqların şirniyyata bağlılığı haqqında danışan pediatr bildirib ki, bu həvəs yalnız dad hissiyyatı ilə bağlı deyil: “Piy kütləsinin artması, maddələr mübadiləsinin pozulması, qida allergiyasının formalaşması, qaraciyər və mədəaltı vəz fəaliyyətinin pozulması, ikinci tip şəkərli diabet, uşaq yaşlarından piylənmə hallarına səbəb olur. Belə olduqda bəzi şirin qidalardan imtina etmək lazımdır. Bunlara qazlı və şirin içkilər, uşaqlar üçün hazırlanmış sovurma konfetlər və saqqızı aid etmək olar ki, onlar məhdud miqdarda istifadə edilməlidir. Bunların arasında ən ziyanlısı şirin qazlı içkilərdir. Bu içkilərin tərkibinə böyük miqdarda şəkər və şəkərəvəzedicilər əlavə olunur. Belə ki, 50 ml şirin içkinin tərkibində təxminən beş çay qaşığı şəkər olur. Bu içkilərin tərkiblərində olan alma, limon və s. turşular isə şəkərin qana tez sovrulmasını təmin edir ki, bu da mədəaltı vəzini gücə salır, rəngləndirici, ətirləndirici və digər kimyəvi əlavələr isə böyüməkdə olan orqanizmə mənfi təsir göstərir.

İkinci yerdə sovurma konfetlər və saqqızlar durur. Onların da tərkibi qazlı şirin içkilərlə eynidir. Şokolad, zefir, marmelad kimi şirniyyatlar da az istifadə edilməlidir. Onu da qeyd edim ki, bu qidaların tərkibində xeyirli maddələr-pektin və jelatin var. Pektin mədə bağırsaq sisteminin işinə, jelatin isə saç və dırnaqlara xeyirdir. Lakin satışda olan məhsulların tərkibində rəngləndirici və ətirləndirici maddələr də çoxdur. Bu səbəbdən almadan öncə tərkibində təbii inqrediyentlərin olmasına diqqət yetirmək lazımdır. Bu qidaları uşaq rasionuna iki yaşdan tez daxil etmək olmaz. Bundan başqa onların tərkibində bir çox mikroelementlər də var. Şokoladın tərkibində kalium, maqnezium, dəmir var. Uşağa şokolad alarkən çox seçici olmaq lazımdır, tərkibində konservantların olmaması və keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Ən əsası isə şokoladı üç yaşdan kiçik uşaqlara vermək olmaz”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri