Icma.az
close
up
RU
Məşhur cərrah Kazıminin adı talassemiyalı uşaqların ailələrinin aldadılması işində hallanır: “Bizi o həkim göndərdi...”

Məşhur cərrah Kazıminin adı talassemiyalı uşaqların ailələrinin aldadılması işində hallanır: “Bizi o həkim göndərdi...”

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Talassemiyalı uşaqların xaricdə müalicəsi adı ilə onların valideynlərini aldadaraq, ümumilikdə 1 milyon manata yaxın pulunun ələ keçirilməsilə bağlı məhkəmə prosesində məşhur həkimlərin də adı hallanır. Onlardan biri də Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımidir.

Bizimyol.info xəbər verir ki, talassemiyalı uşaqların ailələrini aldatmaqda ittiham olunan 3 nəfərin – “Urmedhelp” və “My DocTour” şirkətlərin rəhbəri Nuridə Seyidova və həkimlər Aynur Bayramova və Aysel Məmmədovanın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses fevralın 12-də davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Ramin İsmayılov ifadə verib. O bildirib ki, övladının əməliyyatı üçün müraciət edib. Onun sözlərinə görə, Türkiyədə müraciət edəndə Həmidə Tağıyeva deyib ki, onların Azərbaycanda nümayəndələri Aynur Bayramovadır, onun vasitəsilə qan nümunələri göndərə bilərlər: “Mən də Aynur Bayramova ilə əlaqə saxladım. Dedi ki, “əlində nə varsa, gətir, sənə köməklik edək”.

Zərərçəkmiş bildirib ki, əlində 15 min dollar olub, onu da aparıb verib. Ona deyiblər ki, əməliyyatın qalan xərcini sponsor ödəyəcək.

Ramin İsmayılov deyir ki, daha sonra “Çinar Plaza”da Nuridə Seyidova ilə görüşüb. Ona söz verib ki, uşağın əməliyyatı iki aya baş tutacaq. Sonradan anlayıb ki, onu aldadırlar.

Təqsirləndirilən Nuridə Seyidova pulu aldığını etiraf edib. O, əlavə edib ki, aldığı pulun 10 min dollarını özü götürüb, 5 minini isə digər təqsirləndirilən Aynur Bayramovaya verib. Lakin Aynur Bayramova onun dediklərini təkzib edib və pul almadığını deyib.

“Mən heç bir valdeyndən pul almamışam. Əksinə, vicdan əzabi çəkirəm ki, Nuridə Seyidovanı valideynlərlə tanış eləmişəm”, - deyə təqsirləndirilən Aynur Bayramova bildirib.

Verdiyi pulun qaytarılmadığını deyən zərərçəkmiş Ramin İsmayılov təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəyib.

Digər zərərçəkmiş Sevinc Səmədovanın isə həyat yoldaşı serroz xəstəliyindən əziyyət çəkirmiş. O, 2023-cü ildə dünyasını dəyişib. Onun sözlərinə görə, mərhum həyat yoldaşının müalicə həkimi Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi Mircəlal Kazımi idi. Bu həkim onlara təqsirləndirilən şəxslərdən Aysel Məmmədovanın telefon nömrəsini verib.

“Aysel xanımla əlaqə saxladıq, dedi ki, “45 min deyirlər, siz yarısını verərsiz”. Bizim pulumuz yox idi. Rəhmətlik qayınanam və qayınatamla birlikdə getmişdik şirkətə. Endirim istədik, Aysel xanım dedi ki, mümkün deyil. Düzü, tərəddüd edirdim. Oradan yenə Mircəlal həkimin yanına gəldik. Ona da tərəddüdümü dedim. Əsəbiləşdi, dedi ki, orada necə nəfərin əməliyyatında özüm iştirak eləmişəm”.

Zərərçəkmiş deyir ki, 2023-cü ilin yanvarında Aysel Məmmədovaya 22 min 500 manat verib, lakin həyat yoldaşı əməliyyat olunmayıb. 2023-cü ilin avqustunda isə vəfat edib.

Təqsirləndirilən Aysel Məmmədovanın ailə üzvləri 22 min 500 manatdan 15 min 500 manatı geri qaytarıblar. Zərərçəkmiş qalan pulu Aysel Məmmədova və Nuridə Seyidovadan tələb etdiyini bildirib.

Hakim Azad Məcidov təqsirləndirilən Aysel Məmmədovadan soruşub ki, dövlət xəstəxanası pasientləri onların yanına niyə göndərirdi? Aysel Məmmədova bildirib ki, klinikanın şirkətlə müqaviləsi var idi.

Nuridə Seyidova isə deyib ki, zərərçəkmiş Sevinc Səmədovanı tanımır, ondan alınan puldan da ona çatmayıb.

Məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxslərdən Aynur Bayramovanın səhhəti pisləşib. Məhkəməyə həkim çağırılıb.

Aynur Bayramova vəziyyətinin ağır olduğunu, böyrək xəstəliyindən əziyyət çəkdiyini bildirib.

“Həbsxanada bu əməliyyatı həyata keçirmək mümkün deyil”, - o bildirib.

Məhkəmə prosesi fevralın 19-da davam edəcək.

Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova özünü qismən təqsirli bilsə də, digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədova özlərini təqsirli bilməyiblər.

İttihama əsasən, talassemiyalı uşaqların valideynlərinə Nuridə Seyidovanın rəhbərlik etdiyi “Urmedhelp” və “My Doc Tour” MMC-lərin bu xəstəlikdən əziyyət çəkən uşaqları Türkiyəyə müalicəyə göndərdiyi deyilib. Onlara bildirilib ki, müalicə xərclərinin bir hissəsini xarici donor təşkilatlar qarşılayır, qalan pulu onlar verməlidir.

36 nəfər zərərçəkmişdən uşaqlarının əməliyyatı adı altında ümumilikdə 1 milyon manata yaxın pul alınaraq, onlara ziyan vurulub.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri