Icma.az
close
up
RU
Talassemiyalı uşaqların ailələrinin aldadılmasına görə məşhur həkimlər məhkəməyə cəlb olundu

Talassemiyalı uşaqların ailələrinin aldadılmasına görə məşhur həkimlər məhkəməyə cəlb olundu

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Talassemiyalı uşaqları müalicə etdirmək adı ilə onların ailələrini aldadıb, ümumilikdə 1 milyon manata yaxın pulu ələ keçirməkdə ittiham üç nəfər - “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova, həkimlər Aynur Bayramova və Aysel Məmmədova ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Bizimyol.info xəbər verir ki, aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Aynur Bayramova ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. O bildirib ki, səhhətində ciddi problemlər var, təcili əməliyyat olunmalıdır.

Aynur Bayramovanın vəkili əlavə edib ki, müvəkkilinin həbsdən buraxılması onun əməliyyat olunmasına şərait yaratmaqla yanaşı, həm də zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi, onlarla barışıq əldə edilməsinə də kömək olar.

Vəkil qeyd edib ki, Aynur Bayramova məhkəmədə həbs olunmamışdan əvvəl ev dustaqlığında olarkən nə şahidlərə, zərərçəkmişlərə təzyiq göstərib, nə də istintaqdan, məhkəmədən yayınıb.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim Azad Məcidov bildirib ki, məhkəməyə Aynur Bayramovanın əməliyyata ehtiyacı olması barədə sənəd təqdim olunmayıb.

Bugünkü məhkəmə prosesində təqsirləndirilən şəxslər bir neçə məşhur həkimin çağrılıb dindirilməsi barədə vəsatət qaldırıblar. Aysel Məmmədova Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımi və Tarıyel Ömərovun şahid qismində dindirilməsini istəyib.

Aynur Bayramova isə Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərova və mərkəzin direktoru olmuş Valeh Hüseynovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə hər iki vəsatəti təmin edib. Həmin şəxslər növbəti məhkəmə iclaslarında dindiriləcək.

Məhkəmə prosesi aprelin 16-da davam edəcək.

Bu cinayət işi üzrə 36 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş şəxslər övladlarının xaricdə əməliyyatı üçün külli miqdarda pul versələr də, son nəticədə aldadılıblar.

İttihama əsasən, talassemiyalı uşaqların valideynlərinə Nuridə Seyidovanın rəhbərlik etdiyi şirkətlərin bu xəstəlikdən əziyyət çəkən uşaqları Türkiyəyə müalicəyə göndərdiyi deyilib. Onlara bildirilib ki, müalicə xərclərinin bir hissəsini xarici donor təşkilatlar qarşılayır, qalan pulu onlar verməlidir. Sonda isə ailələr aldadılıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri