Icma.az
close
up
RU
Məşhur həkimdən səhər yeməyi ilə bağlı VACİB AÇIQLAMA

Məşhur həkimdən səhər yeməyi ilə bağlı VACİB AÇIQLAMA

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünya şöhrətli həkim Mehmet Öz səhər yeməyinin əhəmiyyətsiz olması haqqında iddialı açıqlamalar vermişdi.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ender Saraç Mehmet Özün bu açıqlamasına cavab verib. O, həmkarının fikirləri ilə razılaşmadığını deyib və hər kəsə "Krallar kimi səhər yeməyi yeyin" tövsiyəsini verib:

"Mehmet Öz Türkiyənin qüruru və çox qiymətli həkimdir. Amma ABŞ və Türkiyədə edilən səhər yeməyi arasında ciddi fərq var. Mehmet Özün iki açıqlaması var: "Ac deyilsinizsə, yeməyin, mən bununla razıyam. Çox ac deyilsinizsə və ya toxsunuzsa səhər yeməyinizi gec edə bilərsiniz. Ancaq səhər yeməyi edilməlidir. Çünki qəbul edilən qida maddələr mübadiləsini hərəkətə gətirir. Əgər səhər yeməyi yeməsəniz və ya çox gec yesəniz, maddələr mübadiləsi gec işə düşəcək və siz acmağa davam edəcəksiniz. Dolayısı ilə daha çox yemək istəyi baş qaldıracaq. Çox gec yesəniz, ertəsi gün səhər acmayacaqsınız və yuxu keyfiyyətiniz azalacaq. Deyək ki, axşam 7-də nahar etmisiniz. Səhərlər işiniz 8-9-da başlayır. Beləliklə, 13-14 saatlıq aclıq müddəti var. Normal insan səhər duranda ac olmalıdır.

Amerikalılar səhər yeməyi üçün ağ undan və maya xəmirindən hazırlanmış çörək, vafli və ya yüksək şəkərli məhsullar yeyirlər. Onların tərkibində marqarin, maya və həddindən artıq şəkər var. Şirniyyatı şəkər və qlükoza siropu əlavə edilmiş qəhvə ilə içirlər.

Klassik və sağlam səhər yeməyimizə turş maya ilə hazırlanmış tam taxıl çörək, damarları qoruyan və xolesterini aşağı salan zeytun yağı, 8-10 ədəd zeytun, yayda pomidor, xiyar, qışda isə üzərinə limon suyu sıxılmış cəfəri, təzə, az duzlu pendir, bol miqdarda protein və aşağı qlisemik indeksli faydalı qidalar daxildir. Qışda menyuya 1 çay qaşığı doşab, bəzən də bal əlavə etmək olar.

Amerikalılar səhər yeməyində zeytun, zeytun yağı, pomidor, xiyar və bal kimi sağlam qidalardan qaçırlar. Bizim kərə yağımız da var. Bəzən o da yeyilə bilər. Odur ki, məşhur məsəldə deyildiyi kimi, səhər yeməyini özün ye, günorta yeməyini yoldaşına, axşam yeməyini isə düşməninə ver. İncə və sağlam olmaq istəyənlər gündə 2 dəfə yeyə bilərlər. Bunu qətiyyətlə tövsiyə edirəm.

Son vaxtlar oruc tutmaq dəbdədir. Tamamilə razıyam. Ən azı 12-13 saat, hətta 14 saat ac qala bilərsiniz, ən idealı isə 15-16 saatdır. Deyək ki, axşam 6-7-də yedin. Ertəsi gün səhər saat 9-10 və ya 10-11-də səhər yeməyi yesəniz, 14-16 saat ac qalacaqsınız. Sonra bədənimizdə lehimizə işləyən "qatil hüceyrəsi" ifşa olunur, xəstə və xərçəng hüceyrələri yeyir.

Təklif edirəm ki, gündə iki dəfə yemək yeyin. Bu baxımdan səhər yeməyi vacibdir. Ac deyilsinizsə, səhər yeməyini bir az gecikdirə bilərsiniz. Yüksək proteinli və doyumlu səhər yeməyindən sonra günorta yeməyini ixtisara salıb sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.

Səhər yeməyindən qorxmayın, sağlam olmayan Amerika səhər yeməyini deyil, tam taxıl çörək və bol göyərtidən ibarət olanı məsləhət görürəm. İllərdir bunu edirəm, heç vaxt xəstə olmamışam, çəkim də artmayıb. Səhər yeməyi maddələr mübadiləmi aktivləşdirir və beləliklə günə enerjili başlayıram".

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri