Məşhur investor xəbərdarlıq edib: 1987 ci ildəki kimi bir çöküş mümkündür
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ birjalarında şirkətlərin güclü maliyyə nəticələri və neft qiymətlərinin ucuzlaşması fonunda yüksəliş davam etsə də, 2008-ci il qlobal maliyyə böhranını əvvəlcədən proqnozlaşdırması ilə tanınan investor Maykl Börri bazarlar barədə pessimist mövqeyini dəyişməyib.
Banco.az xəbər verir ki, Börri bazarların hələ də zirvə səviyyəsinə yaxın olduğunu və 1987-ci ildəki "Qara Bazar ertəsi"nə bənzər kəskin eniş ehtimalını gördüyünü bildirib.
Bununla yanaşı, o, S&P 500 indeksinin yeni rekordlar qırmasının bazara əlavə kapital axını yarada biləcəyini də qeyd edib.
İnvestorun sözlərinə görə, bazarda volatillik azaldıqca riskli və kredit çiyni (leverage) ilə işləyən fondlar mövqelərini daha da artırırlar. Bu isə mümkün satış dalğası zamanı enişin daha sərt olmasına səbəb ola bilər.
Maykl Börri həmçinin yarımkeçirici sektoru üzrə iShares Semiconductor ETF (SOXX) fondunda qısa mövqeyini, eləcə də Nvidia və Palantir səhmlərinə qarşı mənfi gözləntilərini qoruduğunu açıqlayıb. O bildirib ki, bu strategiya hər investor üçün uyğun deyil və açığa satış yüksək risk daşıyır.
Börri 2008-ci il maliyyə böhranından əvvəl ABŞ-də ipoteka bazarındakı "köpüyü" düzgün proqnozlaşdıraraq böyük gəlir əldə etmişdi. Onun hekayəsi 2015-ci ildə ekranlaşdırılan The Big Short filmində əks olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 06 Avqust 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















