Icma.az
close
up
RU
Zirvədən zirzəmiyə gedənlər Məşhur futbol klublarının çöküş tarixçəsi

Zirvədən zirzəmiyə gedənlər Məşhur futbol klublarının çöküş tarixçəsi

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Futbol dünyasında tarix yazmış klubların arasında zamanla müxtəlif səbəblərdən çətin vəziyyətə düşənlər az olmayıb. Bu hekayələr yalnız klub azarkeşləri üçün deyil, bütün futbolsevərlər üçün maraqlıdır, eyni zamanda digər klublar üçün dərslik mahiyyətindədir. Son dövrlərdə Fransanın məşhur "Lion" klubunun düşdüyü vəziyyət bunu bir daha gündəmə gətirib. Bu yazıda "Lion"la yanaşı, "Sevilya", "Valensiya", "Sent-Etyen", "Bordo", "Deportivo", "Parma" kimi komandaların çöküş dövrlərinə nəzər salacağıq.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Lion" bu vəziyyətə necə düşdü?

Fransanın ən güclü klublarından biri sayılan "Lion" 2000-ci illərin əvvəllərində ardıcıl yeddi dəfə ölkə çempionu olmuşdu. 1987-ci ildə Jan-Mişel Olanın klubun sahibi olması ilə parlaq dövrlər başlamışdı. "Lion" ölkə daxilində qazandığı çempionluqlarla yanaşı, qitə miqyasında da böyük komandalarla rəqabət aparmağı bacarırdı. Eyni zamanda, klubun akademiyası Fransada əsas "futbolçu fabriki" idi. Lakin 2008-ci ildə əldə edilən sonuncu Fransa çempionluğundan sonra çöküş başlandı. Düzdür, sonradan klub toparlanmağı və 2019/20 mövsümündə Çempionlar Liqasında yarımfinal oynamağı da bacardı. Ancaq maliyyənin düzgün idarə edilməməsi "Lion"un borc bataqlığına sürüklənməsinə səbəb oldu. 2022-ci ildə Ola klubu amerikalı biznesmen Con Tekstora satanda borc 300 milyon avrodan artıq idi. Sonrakı iki il ərzində bu rəqəm 500 milyon avronu keçib. Mövsümün sonuna qədər vəziyyəti düzəltmək, borcları azaltmaq mümkün olmasa, "Lion" aşağı liqaya salınacaq.

Rekordçunun acınacaqlı halı

Avropa Liqasından bəhs ediləndə əksər azarkeşlərin ağlına İspaniyanın "Sevilya" klubu gəlir. Əndəlüs təmsilçisi daha əvvəl UEFA Kuboku adlanan bu turniri ən çox qazanan komandadır. Lakin hazırda komanda əvvəlki əzəmətindən xeyli uzaqdır. "Sevilya"da "Lion"dan fərqli olaraq idarəçilikdəki nöqsanlar ön plandadır. Yanlış idman direktoru və baş məşqçi seçimləri, uğursuz transferlər komandanı böhrana sürükləyir. Klub rekordları ilə dünya futbolunda mövqeyini möhkəmləndirməyi bacarsa da, xüsusən La Liqada işləri yolunda getmir. Ötən mövsüm 14-cü pilləni tutan komanda bu mövsüm 13-cü sıradadır. Bu gedişlə vəziyyətin düzəlməsi çətin görünür.

Borc girdabına düşən "yarasalar"

Əsrin əvvəllərində İspaniyada hegemonluq edən klublardan biri də "Valensiya" idi. Komanda iki dəfə ölkə çempionu olmuş, hətta Çempionlar Liqasında final oynamışdı. Tarixi eniş və yoxuşlarla zəngin olan "yarasalar" yenidən çöküşdədirlər. Özü də bu proses 15 ildən artıqdır davam edir. Maliyyə sabitliyinin olmaması, həyata keçirilən uğursuz layihələr klubu böhrana sürükləyib. 2009-cu ildə başlanan yeni stadionun inşası da məhz bu səbəbdən yarımçıq qalıb. 2014-cü ildə klubu satın alan sinqapurlu sahibləri də vəziyyəti düzəldə bilməyiblər. "Valensiya" hazırda La Liqanın turnir cədvəlində sonuncu pillədədir. Klubun bu bataqlıqdan necə çıxacağı, ümumiyyətlə toparlana bilib-bilməyəcəyi sual doğurur. İndiki məqamda bu, çox çətin missiya kimi görünür.

Fransanın zəifləmiş imperatorları

Fransada "Lion"dan daha acınacaqlı vəziyyətdə olan klublar da var. Bir zamanlar ölkə futbolunun ən güclülərindən olan "Sent-Etyen" və "Bordo" bu gün mövcudluq mübarizəsindədir.

"Sent-Etyen" uzun illər 10 çempionluqla Fransanın ən titullu komandası idi. Yalnız PSJ son illərdə qazandığı uğurlarla onu geridə qoymağı bacarıb. "Sent-Etyen" son 10 ildə daha çox maliyyə problemləri ilə diqqət çəkir. Bir neçə dəfə əl dəyişdirən klub, nəhayət, 2021/22 mövsümündə aşağı liqaya düşdü. Lakin "Sent-Etyen" özündə güc taparaq iki mövsüm sonra yenidən Liqa 1-ə qayıdıb. Hazırda komanda elitada yerini qorumağa çalışır.

"Bordo"nun vəziyyəti isə daha ağırdır. Altıqat Fransa çempionu indi səviyyəcə dördüncü liqada yarışmaq məcburiyyətindədir. Səbəb eynidir: pis idarəçilik. Koronavirus pandemiyasından ən çox əziyyət çəkən klublardan olan və gəlirlərinin kəskin azalması ilə borc bataqlığına düşən klub hazırda peşəkar statusunu da itirib. Komanda həvəskar statuslu dördüncü liqada oynayır.

Xatirələrdə yaşayan "Deportivo"

Nostalji həvəskarları mütləq əsrin əvvəllərindəki "Deportivo"nu xatırlayırlar. 2000-ci ildə İspaniya çempionu olan La Korunya təmsilçisi 2004-cü ildə də Çempionlar Liqasında yarımfinal oynamağı bacarmışdı. Lakin uğurlu nəticələr çox davam etmədi. Adı hətta oyun nəticələrinin manipulyasiyasında hallanan "Deportivo" 2011-ci ildə aşağı liqaya düşdü. Son illərdə klub hətta üçüncü liqaya qədər enmişdi. Bu mövsümdən komanda ikinci liqada oynayır və hədəf La Liqaya qayıtmaqdır. Maraqlıdır ki, hətta üçüncü liqada çıxış edərkən "Deportivo"nun oyunlarına 30 minə yaxın azarkeş gəlib.

İtaliyanın unudulmayan ulduzu

"Kalço" həvəskarları isə ötən əsrin 90-cı illərinin sonunda və 2000-ci illərin əvvəllərindəki "Parma"nı köks ötürərək xatırlayırlar. Bir vaxtlar böyük ulduzların cəmləşdiyi klub indi yenidən qayıtdığı A Seriyasında möhkəmlənməyə çalışır. 2004-cü ildən başlanan eniş 2015-ci ildə klubun müflis elan olunması ilə nəticələndi. Hətta "Parma"nın sahibləri borcların ödənilməsi üçün klubun qazandığı kubokların bir çoxunu hərraclarda satmalı olmuşdular. Yarımhəvəskar D Seriyasında çıxış etməyə başlayan "Parma" yenidən toparlana və elitaya qayıda bilib. Lakin keçmiş şöhrətindən çox uzaqdır.

Bu çöküş hekayələri göstərir ki, futbol klublarının uğurları yalnız meydanda deyil, daha çox idarəetmə ofislərində qazanılır. Uğursuz idarəetmə, maliyyə problemləri və qısamüddətli strategiyalar klub tarixlərini mənfi istiqamətdə dəyişə bilər. Bu klubların keçmiş şöhrətlərini bərpa edib-etməyəcəyi isə zamanla bəlli olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kubokdan çox təzminat qazanan baş məşqçi... Mourinyo indiyədək klublardan nə qədər təzminat qazanıb?

29 Avqust 2025 14:04see149

Əl çəkin, bu suala cavab verməyəcəyəm

29 Avqust 2025 11:40see144

Putin ŞƏT sammiti çərçivəsində ondan çox ikitərəfli görüş keçirəcək

29 Avqust 2025 19:14see135

Hakan Fidan: Biz azərbaycanlı bacı və qardaşlarımıza güvənirik

29 Avqust 2025 01:36see133

Göyçək Fatimə nin hovuzdan FOTOları yayıldı

29 Avqust 2025 01:02see131

“Davam etsəydim, indiki yazıçıların səksən faizindən yaxşı yazardım” ANONS

29 Avqust 2025 13:14see131

Millimizin üzvü üçün avrokubok mövsümü bitdi

29 Avqust 2025 01:51see129

ABŞ səfirliyi işçi axtarır Şərtlər

29 Avqust 2025 14:03see125

Valensiya mövsümdə ilk 3 xalını qazanıb VİDEO

30 Avqust 2025 01:38see123

Husilər çoxlu döyüş başlığı olan raketlər istehsal etməyə başlayıb

29 Avqust 2025 05:16see123

“Torpağın dad hekayəsi” filminin təqdimatı olub

29 Avqust 2025 23:14see121

Bu ölkə Rusiyaya nota verdi

30 Avqust 2025 01:04see120

Adil Kərimli Şəmkirdə sakinlərin müraciətlərini dinlədi FOTOLAR

29 Avqust 2025 14:04see120

Seriya A: Milan səfərdə sevindi

30 Avqust 2025 03:08see118

Premyer Liqa: “Turan Tovuz” “Neftçi”ni məğlub etdi

29 Avqust 2025 22:50see118

Cüdo Federasiyasında nə baş verir? Prezidentə müraciət edildi KONKRET

29 Avqust 2025 11:23see117

Sabah ın futbolçusu Özbəkistan millisində

29 Avqust 2025 16:03see117

Dünyanın ən bahalı və ucuz məhsullarının adı açıqlandı

30 Avqust 2025 15:26see115

İlham Əliyev və xanımı Çində səfərdədir

30 Avqust 2025 16:21see115

İoannisyan ifşa etdi, İrəvanın yalanı üzə çıxdı Bakıdan gözlənilən qərar

29 Avqust 2025 18:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri