Icma.az
close
up
RU
Məşhur jurnal Azərbaycanın cəsarətli addımından YAZDI

Məşhur jurnal Azərbaycanın cəsarətli addımından YAZDI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Məşhur “Rolling Stone” jurnalı Azərbaycanı bu il “Avroviziya 2025” musiqi yarışında təmsil edən “Mamagama” qrupundan yazıb.

Modern.az həmin məqaləni təqdim edir:

“Hər ilin mayında keçirilən “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən möhtəşəm və baxımlı müsabiqəsi, eləcə də, dünyanın müxtəlif kontinentlərində milyonlarla izləyicisi olan ən baxımlı musiqi yarışması sayıla bilər. Bu yarışma həm də musiqidən daha çox özünün ekstavaqantlığı ilə məşhur olsa da daxilində geosiyasi üstünlük də yox deyil.

Məsələn, 2016-cı ildə Ukrayna təmsilçisi olan Сamala 1944-cü ildə, Stalinin hakimiyyəti dövründə təqiblərə məruz qalan Krım tatarlarının xatirəsinə, eləcə də Krımın Rusiya tərəfindən işğalına həsr olunmuş səhnə performansı ilə qələbə qazana bilmişdi. 2022-ci ildə isə Rusiyanın Ukraynaya genişmiqyaslı aqressiyası başladı bir neçə ay sonra Avropa bu faktı tənqid etməyə başlamışdı və o zaman da Ukrayna qələbə qazandı. “Avroviziya”da geosiyasət və böyük güclər zaman-zaman əl-ələ verib. Bu il də o baxımdan istisna deyil.

Azərbaycanı builki yarışmada müsəlman bir ölkədə yəhudi əsilli solistin yer aldığı “Mamagama” qrupu təmsil edəcək. Gərgin geosiyasi vəziyyətdə bu seçim özlüyündə bir çağırış hesab oluna bilər. Regional problemlərin olduğu bir vaxtda, qrup tolerantılıq çağırışları etməyi düşünür. Buna isə bütün dünyanın ehtiyacı var.

Qrupun hər bir üzvü müxtəlif etnik qruplara aiddir. Solist Asəf Mişiyev yəhudi, gitara ifaçısı Həsən Heydər və baraban ifaçısı Arif İmanov isə Livan-Rus əsilli etnik azərbaycanlılardır. Əhalisinin 95 faizinin müsəlman olduğu bir ölkə olan Azərbaycan dini və etnik baxımından hər hansı gərginlik demək olar ki, mövcud deyil. “Mamagama” qrupunun üzvləri deyir ki, onlar Azərbaycanın paytaxtı Bakının miniatür modelini simvolizə edir: “Burada tam bir dözümlülük hökm sürür, - 32 yaşlı Asəf Mişiyev belə deyir, - yəhudilərə xas olan bayramlar da müsəlmanların bayramları ilə eyni dərəcədə qeyd edilir deyə biz bir-birimizi təbrik edirik”.

Belə bir vaxtda müsəlman bir xalqı təmsil etmək üçün “Avroviziya” müsabiqəsinə yəhudi əsilli bir ifaçını göndərən ikinci bir dövlət təsəvvür etmək mümkün deyil. Lakin Azərbaycan yəhudi irsi ilə qürur duyur. Burada həm də dünyanın daim mövcud olan ən qədim yəhudi icmalarından biri məskunlaşıb. Bu icma təkcə özünün uzunömürlü olmasına görə deyil, həm də müsəlmanların çox olduğu bir dövlətdə yaşaya bilməsinə görə də tanınır.

Dağ yəhudiləri ehtimal edildiyi kimi vaxtilə qədim farsdilli yəhudilərdən törəmə etnik qrupdur. Onlar indiki İran ərazisindən təqiblər nəticəsində qaçaraq, eramızın V əsrində müasir Azərbaycanın şimal-şərq hissəsində məskunlaşıblar. Asəf Mişiyev Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlsə də, ailəsi öz yəhudi-fars adətlərinə sadiq olan, dialektlərini və milli geyimlərini qoruyan, tarixən müsəlman qonşuları ilə sülh şəraitində yaşayan yəhudi icmasına mənsubdur.

Azərbaycanın “Avroviziya” müsabiqəsinə məhz yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır. Ötən ilki müsabiqə ziddiyyətlərlə dolu idi, çünki həm rəqiblər, həm də etiraz edən kütlə İsrail təmsilçisi İden Qolanın Qəzzadakı hərbi əməliyyatlar səbəbindən müsabiqədən kənarlaşdırılmasını tələb edirdi.

Azərbaycanı təmsil edən ifaçılar Fəxri və İlkin Dövlətovlar bu cür mübahisələrə qoşulmadıqları üçün çox şanslı idilər. Çox güman ki, onlar bunu siyasətdən kənar qalmaq və ölkəsinin İsraillə isti münasibətlərini vurğulamaq üçün ediblər. Lakin A. Mişiyev yəhudi dövlətinə olan rəğbətini gizlətmir:

“Mən ivrit dilinə danışa bilirəm. Burada yəhudi məktəbində təhsil almışam. Burada iki yəhudi məktəbi yerləşir. Bizim İsraillə münasibətlərimiz çox möhkəmdir. Mən təkcə fəxr etdiyim ölkəm olan Azərbaycanı yox, həm də yəhudi xalqını təmsil etməkdən və valideynlərimin də yəhudi olmasından qürur duyuram”.

Bu iki dövlət üç onillik boyunca bir-biri ilə sıx münasibətlər qurub. 1992-ildə İsrail SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanla diplomatik münasibətlər yaradan ilk dövlətlərdən biri oldu. Hər iki dövlət möhkəm ticarət əlaqələri saxlayır və müxtəlif beynəlxalq plarformalarda bir-birinin mövqeyini dəstəkləyir. 2024-cü ildə Azərbaycan yəhudi dövlətində səfirlik açmış şiə müsəlmanların çoxluq təşkil etdiyi ilk ölkə oldu.

Bu il isə Azərbaycan antisemitizmi dərslik proqramlarına daxil edən ilk müsəlman çoxluğun yaşadığı dövlət adını qazandı.

Bu siyasi dinamika heç də "Mamagama"nın ifa etdiyi musiqinin məğzini təşkil etməsə belə, onun rəmzi hesab olunur. Qrupun "Run With U" mahnısı yüksək enerjiyə malik pop-himndir. Həmin ifa Azərbaycanın ənənəvi musiqisi ilə retro-futuristik ahəng təşkil edir. Həmin mahnıda mili musiqi aləti olan sazdan da istifadə edilib. Musiqi parçasına çəkilmiş klip tünd antiutopik gələcəyi təmsil edir. Əsas qəhrəman Mişiyev mahnı ifa edən kiborq - əcaib varlıq obrazında təmsil olunub. Obraz dayanıqlılığı və özünüdərki simvolizə edir. Mişiyev deyir ki, qrupun əsas məqsədi sərhədləri aşmağa qadir olan bir kompozisiya yaratmaqdan ibarət olub:

"Bu, sevgi haqqında yazılmış, pop janrında bir kompozisiyadır. Əsas məqsədim onun insanlarla ahəng yarada bilməsindən və sərhəd olmadan onları bir-birinə yaxınlaşdırmaqdan ibarət olub.

Bazel şəhərində mayın 13-də keçiriləcək müsabiqə zamanı qrup məhz bunu etmək şansı qazanacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri