Məşhur perulu yazıçı dünyasını dəyişdi
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Perulu yazıçı Alfredo Brays Eçenike 87 yaşında Limada vəfat edib.
Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, Latın Amerikası ədəbiyyatının “boom” nəslinin son böyük nümayəndələrindən sayılan müəllif dünya şöhrətini 1970-ci ildə yayımlanan “Julius üçün bir dünya” romanı ilə qazanmışdı.
Onun əsərləri ironiya, yaddaş, kimlik və ailə münasibətlərinə tənqidi yanaşması ilə tanınır.
Brays Eçenike yaradıcılığına görə Peru Milli Ədəbiyyat Mükafatı və Planeta mükafatı da daxil olmaqla bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdü.
Qeyd edək ki, yazıçının ölümü Latın Amerikası ədəbiyyatında mühüm bir dövrün başa çatması kimi qiymətləndirilir.
Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı Razin siçanları - Vüsal Bağırlının hekayəsi
Baxış sayı:150
Bu xəbər 11 Mart 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















