Icma.az
close
up
RU
Məşhur qatil 23 illik həbsdən sonra azadlığa buraxıldı

Məşhur qatil 23 illik həbsdən sonra azadlığa buraxıldı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Hazırda 49 yaşı olan Kristian məşhur Rifthofen işi üzrə məhkum edilmiş üç nəfərdən biridir..."

Məşhur qatillərdən biri, cinayətləri əsasında filmlər çəkilən Kristian Kravinyoş həbsdən çıxıb.

Moderator.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat verib.

Cənubi Amerikanın ən tanınmış qatillərindən olan Kristian Kravinyoş 23 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

O, martın 5-də axşam Braziliyanın Tremembe həbsxanasından çıxıb. Onun azad edilməsi məhkəmənin qalan cəzanı həbsxanadan kənarda çəkməsinə icazə verməsindən sonra baş verib. Hazırda 49 yaşı olan Kristian məşhur Rixthofen işi üzrə məhkum edilmiş üç nəfərdən biridir.

2002-ci ildə Süzanna fon Rixthofen öz valideynlərinin qəddarcasına öldürülməsini təşkil etdiyinə görə məhkum edilib. Bu qətllər 2021-ci ildə çəkilmiş "The Girl Who Killed Her Parents" və "The Boy Who Killed My Parents" filmlərinə ilham verib. Hər iki film hadisələrin müxtəlif versiyalarını təqdim edir.

Bu cinayət Süzannanın yüksək sosial təbəqədən olması və cəlbedici görünüşü səbəbindən Braziliyada böyük rezonans doğurub. Psixoloji testlər onun eqoist və narsist şəxsiyyət pozuntusuna malik olduğunu göstərib.

Süzannanın Birinci Dünya müharibəsinin məşhur alman pilotu, "Qırmızı Baron" ləqəbli Manfred fon Rixthofenlə uzaq qohum olduğu iddia edilir. Hadisə baş verən zaman 18 yaşında olan Süzanna sevgilisi Daniel Kravinyoş və onun qardaşı Kristianla birlikdə cinayəti planlaşdırıb.

Qətl gecəsi

31 oktyabr 2002-ci il gecə Daniel və Kristian San-Paulu şəhərində yerləşən ailə evinə girərək Manfred və Mariçiya fon Rixthofenləri yuxuda olarkən amansızcasına qətlə yetirib.

Əvvəlcə hadisə uğursuz soyğunçuluq kimi görünüb. Lakin Süzannanın qəribə davranışı istintaq orqanlarının şübhəsini artırıb və nəticədə cinayət işi açılıb.Nəhayət, Süzanna törədilən qətllərdə rolunu etiraf edib, lakin heç vaxt motivini açıqlamayıb.

Kristianın azadlığa buraxılması

Məhkəmə həbsdə yaxşı davranış göstərdiyi və psixoloji qiymətləndirməsi müsbət olduğu üçün Kristianı azadlığa buraxıb. Lakin onun azadlığı müəyyən şərtlərlə məhdudlaşdırılıb: saat 22:00-dan 06:00-a qədər evdə olmalıdır, bar və kazinolara getməsi qadağandır, mütləq iş tapmalıdır.

Bu, Kristianın ilk dəfə həbsdən çıxması deyil. O, 2017-ci ildə də azadlığa buraxılıb, lakin 2018-ci ildə bir qadına hücum edib polisə rüşvət verməyə cəhd etdiyi üçün yenidən həbs olunub.

Süzanna 2002-ci ildə həbs edilib və 2006-cı ilin iyulunda 39 il 6 ay azadlıqdan məhrum edilib. Lakin 2023-cü ilin yanvarında o, azadlığa çıxıb. Daniel də 39 il 6 ay həbs cəzası alıb, Kristian isə 38 il 6 ay məhkum edilib.

Qətlin təfərrüatları

Qətldən bir neçə gün  öncə Süzanna ailə evindəki siqnalizasiya və müşahidə kameralarını söndürüb. Valideynlərinin yatdığına əmin olduqdan sonra qardaşlarını evə buraxıb. O zaman Daniel 21, Kristian isə 26 yaşında olub.

Onlar yuxarı mərtəbəyə qalxaraq valideynlərin yatdığı otağa daxil olub və onların başına metal dəyənəklərlə zərbələr endirib.Manfred dərhal ölüb, Marisiya isə ayılaraq müqavimət göstərməyə çalışıb. O, övladlarına zərər verməmələri üçün yalvardıqda, Kristian onun boğazına dəsmal dolayaraq sümüklərini sındırıb.

Bu dəhşətli cinayət baş verən zaman Süzanna aşağı mərtəbədə sakitcə gözləyib. Valideynləri qətlə yetirildikdən sonra o, qardaşlarla birlikdə evi qarət olunmuş kimi göstərmək üçün ssenari hazırlayıb və qaçıb.

Süzanna cinayətdən sonra qardaşı (o zaman 15 yaşında olub) ilə birlikdə səhər tezdən evə qayıdaraq "hadisə yerini aşkarlamış" kimi davranıb və polis çağırıb. Lakin detektivlər "soyğun ssenarisini" qeyri-peşəkar hesab edərək şübhələnib.

Bundan əlavə, polis şöbəsində Süzanna və Danielin bir-birilərinə sevgi dolu davranışları istintaqçılara qəribə görünüb.

Qətlin motivləri

Süzannanın bu dəhşətli cinayəti törətməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur: Valideynləri onun işsiz və marixuana istifadəçisi olan Daniellə münasibətini təqdir etməyib. Digər versiyaya görə, o, milyonçu valideynlərinin sərvətini miras almaq üçün onları öldürüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri