Məşhur reper GÜLLƏLƏNDİ ŞOK GÖRÜNTÜLƏR
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Əsl adı Ninos Xuri olan isveçli reper GABORO güllələnib.
Hadisə ilə bağlı "Daily Mail" nəşri məlumat yayıb.
Nəşr yazır ki, o, İsveçdə avtomobil dayanacağında güllələnərək öldürülüb.
Sosial şəbəkələrdə isə üzünü göstərməyən və maskaları ilə tanınan 24 yaşlı GABORO-nun qətli ilə bağlı video yayılıb. Videoda GABORO-nun qaçmağa çalışdığı, lakin naməlum şəxsin ona atəş açdığı görünür.
Reper hadisədən dərhal sonra xəstəxanaya çatdırılsa da, aldığı güllə yarasından həyatını itirib. Qatil hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları reperi güllələyən şəxsi axtarır.
Qeyd edək ki, altı ay əvvəl İsveçin Göteborq şəhərində başqa bir reper C.Gambino da avtomobil dayanacağında güllələnib.
Baxış sayı:178
Bu xəbər 21 Dekabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















