Məşhur şirkətlər bu avtomobil modellərinin istehsalını dayandırır AÇIQLAMA FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avtomobil sənayesində elektrikləşmənin sürətlənməsi bir neçə məşhur modelin istehsaldan çıxarılmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, yayılan məlumatlarda "BMW” “X4” modelini xəttdən çıxarcağı bildirilir. Güclü “X4 M Competition” 503 at gücünə malik olsa da, model elektrik varisi “BMW iX4” üçün yoldan çəkilir. “iX4”ün Macarıstanda istehsalına 2026-cı ilin payızında başlanacaq, satışlar isə 2027-ci ildə gözlənilir.
"Cadillac" da “XT6” modelinin istehsalını 2026-cı ilə qədər tamamilə dayandıracaq. Şirkət elektrik strategiyasına uyğun olaraq bu modeli əvəz edən yeni üçsıralı elektrikli “Cadillac Vistiq”i bazara çıxarmağa hazırlaşır.
"Mercedes-Benz" 2025-ci ilin sonunda “GLC Coupe” və “GLE Coupe” modellərinin istehsalını bitirəcək. "Kupe-krossover" seqmentinə marağın azalması qərara təsir edən əsas amillərdən biridir. Güclü “AMG GLE 63 S Coupe” seriyanın son modeli olacaq.
Ekspertlər bildirirlər ki, markaların elektrik modellərinə fokuslanması yaxın illərdə daha çox ənənəvi avtomobilin istehsalının dayandırılması ilə nəticələnəcək.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 02 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















