Icma.az
close
up
RU
Məşhur yutuber getdiyi ölkədə öldürüldü

Məşhur yutuber getdiyi ölkədə öldürüldü

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Amerikalı yutuber Elliot İstman həyat yoldaşı Karişa Jala ilə getdiyi Filippində dörd silahlı hücumçu tərəfindən qaçırılaraq öldürülüb. 

Onun meyiti dənizə atılıb. 

“Cebheinfo.az” xəbər verir ki, onun meyiti hələ də tapılmayıb.

Belə ki, hücum edənlər özlərini polis işçisi kimi təqdim edərək İstmanın qaldığı evə daxil olublar və o, müqavimət göstərəndə ayağından atəş açıblar. 

Yaralanan və sürətli şəkildə qayığa mindirilən İstman qaçırılarkən yolda ölüb.

Bu məlumat adam oğurluğunda şübhəli bilinən şəxsin verdiyi ifadə ilə təsdiqlənib.

Hadisə yerinin araşdırılması zamanı İstmanın yaralandığı yerdə qan izləri və M16 tüfəngindən çıxan boş patron aşkar edilib. 

Hadisədən sonra Filippin polisi Mindanao adasında silahlı qruplarla toqquşma yaşayıb. Lakin axrarışlara baxmayaraq İstmanın cəsədi hələ də tapılmayıb.

Hücum edənlərin İstmanı zəngin bir əcnəbi olaraq görüdüyü və bu səbəbdən hədəf aldığı iddia edilib.
Həmçinin, İstmanın yerli müsəlman qadınla evlənməsi də bu hücumun səbəblərindən biri ola biləcəyi düşünülür. 

Bundan başqa, oğurlanmasından bir neçə həftə əvvəl İstman sosial şəbəkələrdəki paylaşımlarında yaşadığı ərazidə həyatının təhlükədə olduğunu bildirmişdi.

Sentyabrın 22-də canlı yayımda o, “Nə qədər ki, buradayam, həyatım risk altındadır. Xüsusən də olduğum bölgə ölkənin ən təhlükəli yerlərindən biridir”, - ifadələrindən istifadə etmişdi. Onun keçmiş nişanlısı tərəfindən aldadıldığı və bu səbəbdən maddi problemlərinin olduğu da qeyd olunub. 

Polis Elliot İstmanın ABŞ səfirliyi vasitəsilə ailəsinə məlumat verdiyini açıqlayıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri