Icma.az
close
up
RU
Məşhurların süni intellektə etirazı davam edir

Məşhurların süni intellektə etirazı davam edir

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Deymon Albarn, Enni Lennoks və digər musiqiçilər süni intellekt vasitəsilə orijinal musiqilərinin istifadəsinə qarşı öz mahnıları ilə həmrəylik nümayiş etdiriblər. Musiqiçilər bir araya gəlib və süni intellektə etiraz məqsədilə "sükut albomu" buraxıblar.
Reyting.az
bildirir ki, məlumatı "BBC News" telekanalı yayıb.
"Blur" qrupunun solisti Deymon Albarn, Enni Lennoks, eləcə də Keyt Buş daxil olmaqla, təxminən mindən çox musiqiçi İngiltərə hökumətinin süni intellekt (AI) tərtibatçılarına müəllif hüquqları ilə bağlı olan, qorunan əsərlərdən istifadəyə icazə vermək planlarına etiraz edib və birgə səssiz albom buraxıblar.
Musiqiçilərin birgə işi olan yeni albom "Bizim istədiyimiz budurmu?" adlanır və ümumi müddəti 47 dəqiqə olmaqla, tam 12 trekdən ibarətdir. Albomdakı mahnılar kimi təqdim edilən parçalar tam sükutun, ya da konsert salonlarından və səsyazma studiyalardan gələn səs-küy qeydləridir. Səs yazısının müəllifləri “Müəllif hüquqları” qanununa edilən dəyişikliklərin məhz elə buna səbəb olacağına inandıqlarını bildiriblər.
Musiqiçilərin belə bir qəribə etirazına isə Böyük Britaniya hökumətinin hazırda müzakirə etdiyi, həmçinin çox böyük fikir ayrılıqları yaratmış qanun layihəsi səbəb olub. Əgər süni intellektlə bağlı müzakirə edilən qanun layihəsi təsdiqlənərsə, artıq fəaliyyətini get-gedə genişləndirən süni intellekt şirkətləri internetdəki incəsənət əsərlərindən, həmçinin bir çox musiqi parçalarından sərbəst və müəllif hüququ qanunlarına riayət etmədən istifadə edə biləcəklər. Üstəlik, ehtimal olunur ki, bu əsərlərin müəllif hüquqları sahibləri eyni zamanda onların yaradıcılığından belə istifadəyə qadağa qoymaq hüquqlarına malik olacaqlar.
Bu qanun layihəsini sərt tənqid edənlərin sırasında olanlar vurğulayıblar ki, hansısa bir yazıçının və yaxud bir rəssamın, eləcə də müğənnilərin, bəstəkarların internet məkanında olan minlərlə əsərlərinin süni intellekt şirkətlərinə bu formada istifadə edilməsini istəmirlər. Lakin onlar həm də qeyd ediblər ki, sənətçilər bu cür imkana malik deyillər.
Öz növbəsində, Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya Departamenti qanun layihəsini dəstəkləyir, çünki dövlət departamentinin açıqlamasında bildirilir ki, mövcud qanunvericilik "Süni intellekt öz potensialını tam reallaşdırmağa imkan vermir və bu, davam edə bilməz" prinsipi ilə işləyəcək. Eyni zamanda departament nümayəndəsi qeyd edib ki, hazırda məsləhətləşmələr və müzakirələr aparılır, səbəbi isə belə izah ediblər ki, yeni qərar bütün tərəfləri qane etməlidir.
Fevralın 24-də "The Times" nəşri yazıçıların, həmçinin musiqiçilərin müəllif hüquqlarının kobud pozulması, süni intellekt şirkətləri tərəfindən müəllif icazəsi olmadan "oğurlanmasının" tezliklə qarşısını almağa çağıran məktubunu dərc edib. Bu məktubu Pol Makkartni və Dua Lipa, Stiven Fray, Tom Stoppard, eləcə də Stinq kimi başqa məşhurlar imzalayıblar.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Fevral 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri