Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi atası Xorxe Messinin vəfatından sonra karyerasını qeyri-müəyyən müddətə dayandırıb.
QOL.az "Doble Amarilla"ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu hazırda doğma Rosarioda qalır və yaxın vaxtlarda ABŞ-a qayıtmağı planlaşdırmır. Messi “İnter Mayami”dəki öhdəliklərini də qeyri-müəyyən müddətə təxirə salıb. Onun məşqlərə nə vaxt başlayacağı və meydana nə vaxt qayıdacağı hələ məlum deyil.
Messi atasının ölüm xəbərindən sonra ABŞ-dan Argentinaya yollanıb. Xorxe Messinin dəfn mərasimi yalnız ailə üzvləri və yaxınların iştirakı ilə keçirilib. Argentinalı futbolçular Leandro Paredes, Nikolas Otamendi və Anxel Di Mariyanın isə yaxın günlərdə Messini ziyarət edərək ona dəstək olmaq istədikləri bildirilir.
Xorxe Messinin vəfat etdiyi avqustun 8-də açıqlanıb. O, uzun müddət ciddi səhhət problemlərindən əziyyət çəkirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 Avqust 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















