Icma.az
close
up
RU
Messinin şəxsi mühafizəçisi: Canımı verməliyəmsə, tərəddüd etmədən bunu edəcəyəm

Messinin şəxsi mühafizəçisi: Canımı verməliyəmsə, tərəddüd etmədən bunu edəcəyəm

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azarkeşlərin meydana çıxmasını dayandırmaq mənim işim deyil".

İdman.biz xəbər verir ki, bunu “İnter Mayami”nin hücumçusu Lionel Messinin şəxsi mühafizəçisi Yassin Çueko argentinalı ulduza yaxınlaşmaq üçün meydana qaçan və onu yerə yıxan azarkeşin viral videosuna cavab olaraq sosial şəbəkədə yazıb.

O, azarkeşləri dayandırmağın stadionun təhlükəsizlik əməkdaşlarının işi olduğunu deyib: "Amma düzünü desək: onların əksəriyyəti - və mən ümumiləşdirmirəm, "əksəriyyətini" vurğulayıram - öz vəzifələrinə tam diqqət yetirmirlər. Təhlükəsizliyi təmin etmək əvəzinə, oyuna baxmaq və ya foto və video çəkməklə daha çox məşğul olurlar. Onlar fikir vermədikləri üçün mən öz təşəbbüsümlə müdaxilə edib, vəziyyətə nəzarət etmək qərarına gəldim".

Çueko stadionların mühafizə xidmətinin əməkdaşlarından acizanə xahiş edib: "Ayıq olun. Maaş aldığınız işi görün. Stadionun, oyunçuların və azarkeşlərin təhlükəsizliyi sizdən asılıdır. Həmişə sizə dəstək üçün orada olacağam, lazım olanda hər zaman müdaxilə etməyə hazıram. Amma üzərinizə düşəni etməsəniz, bu missiyanın öhdəsindən tək gəlmək mənim üçün çox çətin olacaq".

Messinin mühafizəçisi məşhurluqdan uzaq olduğunu və eqosunun olmadığını vuirğulayıb: "Bəzi media orqanlarının iddia etdiyi kimi, ildə 3 milyon dollar qazanmıram. Milyonlarla insan kimi sadəcə bir işçiyəm, missiyamı məsuliyyətlə və qürurla yerinə yetirmək üçün hər gün əlimdən gələni edirəm. Mənim rolum işlədiyim insanların təhlükəsizliyini təmin etmək və eyni zamanda, azarkeşlərin zərər görməməsini təmin etməkdir və buna nail olmaq üçün əlimdən gələni etməyə hazıram".

Çueko sözlərinə belə davam edib: "Krossovkada da meydana qaçmağa hazıram. Minlərlə insanın gözü qarşısında üzü üstə yıxılm. Lazım gəlsə yıxılmaq və təhqir olunmaq da problem deyil. Bunların heç biri mənim üçün əhəmiyyət kəsb etmir. Çünki imicim önəmli deyil - yalnız missiyam önəmlidir. Əgər bir gün borcumu yerinə yetirmək üçün canımı verməliyəmsə, tərəddüd etmədən bunu edəcəyəm”.

Çueko İraq və Əfqanıstanda döyüş təcrübəsi olan ABŞ Ordusu Xüsusi Qüvvələrinin əsgəri olub, MMA-da da bir neçə döyüş keçirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see275

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see250

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see209

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see146

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see145

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see133

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri