Icma.az
close
up
RU
MƏSUD PEZEŞKİAN TÜRKÇÜ LİDER, YOXSA FARS ALƏTİ? İran rejimi öz “ağıllı oyununun” tələsinə düşüb...

MƏSUD PEZEŞKİAN TÜRKÇÜ LİDER, YOXSA FARS ALƏTİ? İran rejimi öz “ağıllı oyununun” tələsinə düşüb...

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Namiq Bilal

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etdi. Bu səfəri türklər bir pəncərədən, fars-molla rejimi və İranın fars tabanı isə başqa pəncərədən dəyərləndirir. İndi toxunacağımız dəyərləndirmə isə təkcə səfərə aid deyil, həm də Pezeşkianın siyasi kimliyinə aid olan məsələdir...

Türklər Pezeşkianı bir Türk lider kimi sevir. Haqları da var. ˝Mən türkəm, anam da, atam da türkdür˝ deyir, rejimin aşkar qadağalarına baxmayaraq tez-tez türkcə şeirlər söyləyir. Söylədiyi şeirlər də İran türk kimliyinin simvoluna çevrilmiş Şəhriyarın ˝Heydər baba˝ poemasından parçalardır.

Susdura bilmirlər. İran türkünün milli problemlərindən, türkcə məktəb açmaqdan danışır. Üstəlik, fars rejimini oğurluqda, korrupsiyada ittiham edir, ən yüksək pərdədən İranın dörd-beş milli dövlətə parçalana biləcəyini dilə gətirir. Kənardan görünən odur ki, İran Prezidenti bir türk millətçisinin deyəcəyi çox şeyi prezident kürsüsündən səsləndirir.


Tehran rejimi və fars milli tabanı məsələyə fərqli yanaşır. Dişlərini sıxıb Prezidentin türkçülük çılğınlığına dözürlər. İzah belədir: Regionda qarşısıalınmaz türk fırtınası var, bu fırtına İranı da çalxalayır. Fars millətçiliyi qurtuluş axtarışındadır. Fiziki güclə saxlaya bilməyəcəklərini hiylə ilə saxlamağa çalışırlar. Hesab edirlər ki, qaynayan qazanın qapağını açıb buxarını buraxmasan daşıb ocağı söndürəcək. Pezeşkianın prezident edilməsi də fars dövlət ağılı üçün ˝buxar buraxma˝ əməliyyatıdır.

Digər tərəfdən, Pezeşkian ali dini liderin bütün tapşırıqlarını yerinə yetirir, İranın dövlət maraqlarını beynəlxalq müstəvidə əminliklə müdafiə edir. Bu da fras tabanı üçün qəbulediləndir, ˝Prezident rəsmi Tehranın, deməli həm də fars millətçiliyinin maraqlarını ifadə edir˝ fikrini formalaşdırır.

˝Uşaqlarımı farsca danışmağa qoymuram˝ deyən Pezeşkianın prezident edilməsinin ağıllı seçim, yoxsa risqli və yanlış addım olduğunu bəri başdan hesablamaq xeyli çətindir. İstənilən halda, yüz illik İran fars idarəçiliyi üçün kəskin qərardır. Tarixi təcrübə göstərir ki, batmaqda oan imperiyaların aldığı kəskin qərarlar imperiyaları xilas etmir, əksinə, parçalanmanı sürətləndirir. İran istisna olacaqmı? Ağılabatan görünmür...

Türk ˝millətçisini˝ prezident edib ˝bura sənin öz vətənindir, bax, prezident də türkdür˝ oyunbazlığını dövrəyə soxaraq rejimlə Türk milləti arasındakı dərin çatı aradan qaldırmaq mümkünsüzdür. Qatar çoxdan gedib. ˝Türkçü prezidenti˝ səhnəyə sürmək, tam əksinə, türklər arasında ˝rejim türkdən qorxur, türkün qılığına girir˝ kimi fikirləri yayır, türkün ozünəinamını gücləndirir.

Gələk məsələnin ən maraqlı tərəfinə. Pezeşkian özü kimdir? O, bir türk millətçisidir, yoxsa fars rejiminin əlində sınanıb seçilmiş anti-Türk alətidir?

Hansı düşüncəyə sahib olduğunu bilmirik. Amma, görünən odur ki, türklər onu sevir, rejim isə çılğın türkün prezidentliyinə hələ ki dözür. Deməli, türklər onu əsil türkçü, farslar isə anti-Türk aləti qismində görür. Eyni zamanda, kimin onu nə qismində görməsindən asılı olmayaraq, Pezeşkian bir siyasətçidir. Heç şübhəsiz, onun da öz oyunu var. İran Prezidentinin həyat təcrübəsi göstərir ki, onun oyunu duyğulara deyil, reallığa söykənir. Əks halda, fars rejimi kimi dəhşətli bir strukturun içində prezident kürsüsünə qədər yüksələ bilməzdi.

Bugünün Pezeşkian fenomeni faktiki olaraq türkçülüyün lehinə, fars molla rejiminin isə əleyhinə işləyir. Türkçülüyü tərənnum etməsi türkləri ruhlandırır, ˝oğrusan˝ deyərək rejimi aşağılaması isə “molla hakimiyyətini” yerdən-yerə vurur. Bu, açıq görünür və hakimiyyət dairələrində prezidenti ˝cilovlamaq˝ cəhdləri ara kəsmir. Pezeşkian ictimai təhqirlərə məruz qoyulur, səlahiyyətlərinin azaldılması təklifləri verilir, impiçmentlə hədələnir. Elə görünür ki, fars rejimi öz ˝ağıllı oyununun˝ tələsinə düşüb. Bu tələdən qurtulmaq da əvvəlki Prezident Rəisidən qurtulmaq kimi asan deyil. Pezeşkianın arxasında İranın böyük türk ağırlığı dayanır.


Onun hansı məqsəd üçün prezident edilməsindən asılı olmayaraq, Pezeşkian İran türkünün seçilmiş lideri statusunu qazanıb. Çoxdandı İran türkünün belə lideri olmamışdı. Pezeşkian romantizmə deyil, reallığa söykənən siyasəti ilə geniş türk tabanını təmkinlə yönəltmək potensialını qazanmış kimi görünür. Bütün imperiyaların dağılma zamanı gəlir. Həmin zaman gəldiyində reallığı düzgün hesablaya bilən təmkinli liderlər parçalanmanın qanlı variantını deyil, yumşaq variantını təmin edə bilir. Belə variant isə təkcə türklərin deyil, İranın bütün millətlərinin lehinə olardı.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri