Icma.az
close
up
RU
“Məsuliyyət Azərbaycan mediasının həyat amalına çevrilib”

“Məsuliyyət Azərbaycan mediasının həyat amalına çevrilib”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə, həmçinin Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümünə təsadüf edən “İctimai proseslər media müstəvisində” Forumunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. 

O bildirib ki, artıq ikinci ildir ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir: “Cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır. 

Əhməd İsmayılov qeyd edib ki, bu il eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur: “Zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir”. 

İcraçı direktorun sözlərinə görə, mediamız özünün təməl funksiyalarını yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlayıb və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulub: “Bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs verib,  əlverişli şərait yaradıb. Prezident bu ilin yanvarında ölkəmizin televiziya kanallarına müsahibəsində Vətən müharibəsində möhtəşəm qələbəmizin hər bir vətəndaşımızın həyatında dərin iz buraxdığını bildirib, qalib ölkənin nümayəndəsi olmağın özlüyündə məsuliyyətli və şərəfli hiss doğurduğunu xüsusi vurğulayıb. Dövlət başçımızın qeyd etdiyi məsuliyyət və qürur hissi Azərbaycan mediasının gündəlik işində özünü əks etdirən başlıca peşəkarlıq meyarına, həyat amalına çevrilib”. 

Əhməd İsmayılov deyib ki, Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün informasiya cəbhəsinin əsgəri kimi çalışan jurnalistlərimiz hazırda böyük şərəf hissi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi barədə materiallar hazırlayır, eyni zamanda, informasiya mühitimizə kənar müdaxilələrə vaxtında və layiqli cavab verərək dezinformasiya axınının zərərli təsirlərinin azaldılmasında maarifçilik fəaliyyətini davam etdirir: “Öz növbəsində, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir”. 

Qeyd edək ki, forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında proaktiv həssas rolunun artırılması, müxtəlif aktual məsələlərə qarşı mübarizədə düzgün istifadə edilməsi, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Lamiyə Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri