Icma.az
close
up
RU
“Məsuliyyətli olmaq lazımdır, bu, 3 4 il əvvəlki çempionat deyil” Rəşad Sadıqov

“Məsuliyyətli olmaq lazımdır, bu, 3 4 il əvvəlki çempionat deyil” Rəşad Sadıqov

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Çox çətin oyunu oldu. Bundan əvvəlki 4-5 turda da "Şamaxı" yaxşı idman forması, yüksək peşəkarlıq göstərmişdi".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 20-ci turunda "Şamaxı"ya qalib gəldikləri matç (2:1) haqqında danışarkən deyib.

Mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında əvvəlcə matç haqqında ümumi fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

- Bugünkü görüş haqda futbolçularımızla əvvəlcədən danışanda bizim üçün çox ağır keçəcəyini bilirdik. Belə səfərlərdə önə çıxan sənin yüksək oyun nizam-intizamın və xarakter göstərməyindir. Qola qədər oyun kəşfiyyat xarakteri daşıyırdı. Hər iki komanda daha çox taktiki mübarizə aparırdı. Qol buraxdıqdan sonra isə futbolçularımz çox yaxşı reaksiya verdilər. Hücuma atıldıq və standart vəziyyətdən fəqləndik. İkinci hissədə isə meydanda daha əzmkar oyun getdi. Biz daha dəqiq olduq və uğur qazandıq. Amma "Şamaxı" da əldə çıxış etdi.

- 1-ci hissədə oyununuz alınmırdı. Bunun səbəbi nə idi? 

- İlk hissədə rəqib çox aqressiv pressinq edirdi. Matçın əvvəlində 4-5 dəfə top itkimiz oldu. Daha sonra arxadan oyun qurmaqda inamsızlıq yarandı. Rəqib isə tam əksinə, meydanda daha inamlı oynadı. 1-ci hissədə oyunumuz alınmırdı. Amma 2-ci hissədə hər şey bizim üçün daha yaxşı oldu. Həm oyun baxımından toparlandıq, həm də hesabda önə çıxdıq. Son 10-15 dəqiqədə isə "Şamaxı" üzərimizə yüklənirdi. Bizim də yaxşı əks-hücumlarımız oldu. Lakin təəssüf ki, yararlana bilmədik. 1 qol vura bilsəydik, oyun bizim üçün daha rahat bitərdi. Düşünürəm ki, çox önəmli 3 xal qazandıq. 

- Oyun bitdikdən dərhal sona Ruan Renato ilə Aydın Bayramov arasında nə baş vermişdi?

- Mən orada nə olduğunu görmədim. Ayxan Abbasovla sağollaşdım, sonra azarkeşlərimizə tərəf döndüm. Bir də baxdım ki, onları ayırırlar. İnşallah, ciddi bir şey olmaz. Həqiqətən də gərgin və stressli oyun idi. Belə şeylər məşqlərdə də, oyunlarda da olur. Mən bizim kollektivimizin mehribanlığına və bir-birinə olan hörmətinə çox güvənirəm. Nə olduğunu bilmirəm, amma paltardəyişmə otağında dərhal bir-biri ilə qucaqlaşdılar. Nə olmuşdusa, meydanda da qaldı.

- Son dəfə "Neftçi"yə məğlub olmuşdunuz. Yəni, 2 aydır, qələbə qazanırsınız. Çempionatın əvvəlindəki gərginliyin azaldığını demək olarmı?

- Ötən tur göstərdi ki, bizi mövsümün 2-ci yarısında nə gözləyir. Biz bu gün onu öz üzərimizdə yaşadıq. "Şamaxı"nın səfərdə "Qarabağ"la inamlı oynaması, "Səbail"in "Sumqayıt" üzərində, "Kəpəz"in "Turan Tovuz" üzərində qələbə qazanması, "Neftçi" - "Sabah" matçındakı sürət, dinamika... Hamımıza aydın oldu ki, 2-ci hissədə bizi nə gözləyir. Açığı, bugünkü matç heç-heçə ilə bitsəydi də, mən bunu uğurlu nəticə hesab edəcəkdim. Çünki "Şamaxı"nın son oyunları ortadadır. Yeni transferləri də əsas heyətdə oyuna başlayır. Artıq çempionatımızda güclər bərabərləşib. Görünür ki, məsələni xırda detallar həll edəcək.

- "Zirə" çempionatın qarşıdakı gərgin hissəsinə psixoloji cəhətdən hazırdır?

- Heç vaxt gələcəklə bağlı proqnoz vermək olmur. Məsələn, mən startda tam fərqli oyun gözləyirdim. Bilmirsən ki, sabah necə, nə cür olacaq. Amma düşünürəm ki, futbolçularım həm tək, həm də kollektiv şəkildə psixoloji cəhətdən daha diqqqətli olmalı, rəqibləri təhlil analiz etməlidirlər. Hər rəqibin öz fəlsəfəsi, oyun tərzi var. Bu, 3-4 il əvvəlki çempionat deyil. 3-4 komanda çempionatda qalmaq üçün, 3-4 komanda avrokuboklar üçün mübarizə aparırdı. Bu gün isə hamı bir-biri ilə başabaş oynayır. Daha da məsuliyyətli olmaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri