Icma.az
close
up
RU
Məsuliyyətsiz və təcrübəsiz sürücülər... Ölümcül qəzalar niyə baş verir?

Məsuliyyətsiz və təcrübəsiz sürücülər... Ölümcül qəzalar niyə baş verir?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, Cənubi Qafqaz ölkələri arasında son 4 il ərzində ən az yol-nəqliyyat hadisəsi Azərbaycanda qeydə alınıb.
Azərbaycanda 6 min 380, Ermənistanda 17 min 839, Gürcüstanda isə 17 min 198 yol-nəqliyyat hadisəsi baş verib. Buna baxmayaraq, yol-nəqliyyat hadisələrində həlak olanların sayı da ən çox bizim ölkədədir. Belə ki, müvafiq olaraq, Azərbaycanda 3 min 166, Ermənistanda 1400, Gürcüstanda isə 1765 nəfər yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, yol qəzalarının qarşısının alınması ilə bağlı Prezident tərəfindən yeni dövlət proqramında xüsusi müddəa nəzərdə tutulub və həmin sənəd artıq imzalanıb:
“Bu proqram 2025–2030-cu illəri əhatə edir və Bakı şəhəri ilə ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşıyır. Baxmayaraq ki, proqram əsasən nəqliyyat infrastrukturunun inkişafına yönəlib, orada eyni zamanda qəzalardan yayınma və onların sayının azaldılması istiqamətində konkret müddəalar da yer alıb. Bu da onu göstərir ki, dövlət bu məsələyə sistemli və planlı şəkildə yanaşır. Qarşıdakı 5 il ərzində proqramda nəzərdə tutulan tədbirləri aidiyyəti dövlət qurumları effektiv şəkildə həyata keçirəcəklər. Əgər bu proses ardıcıl və məsuliyyətli şəkildə icra olunarsa, düşünürəm ki, ölkədə yol qəzalarının sayının əhəmiyyətli dərəcədə azalmasına nail ola bilərik. Qəza statistikasında müəyyən azalma müşahidə olunursa, bu, qismən də olsa 2018-ci ildə qəbul edilən və 2019–2023-cü illəri əhatə edən “Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı”nın nəticəsidir. Həmin proqramın əsas məqsədi ölkədə baş verən yol-nəqliyyat hadisələrinin sayını 5 il ərzində təxminən 30% azaltmaq idi. Bununla belə, hələ də bəzi yol hərəkəti iştirakçılarının qayda pozuntuları ciddi narahatlıq doğurur. Xüsusilə, bəzi piyadalar təyin olunmamış, təhlükəli yerlərdən, o cümlədən avtoban və yüksək sürətli yollardan keçərək həm öz həyatlarını, həm də sürücülərin həyatını riskə atırlar”.
Ekspert əlavə edib ki, digər təhlükə mənbəyi məsuliyyətsiz və təcrübəsiz sürücülərdir:
“Bu sürücülər şəhərlərarası magistral yollara çıxaraq sürət həddini aşır, ötmə və manevr qaydalarını pozur, bəzən sükan arxasında telefonla danışır və mesaj yazırlar. Bütün bunlar qəza riskini artırır. Qəzaların ölümcül nəticələr verməsinin başlıca səbəblərindən biri təhlükəsizlik kəmərinin taxılmamasıdır. Halbuki kəmər çox hallarda həyat qurtarır. Eyni zamanda, qəza zamanı yaralıların vaxtında tibb müəssisəsinə çatdırılmaması və ətrafdakıların ilkin tibbi yardım göstərmək bacarığının olmaması da itkilərin artmasına səbəb olur. Bütün bu problemlərin həlli istiqamətində dövlət proqramları ilə yanaşı ictimai maarifləndirmə, təlim və tərbiyə işləri də sistemli şəkildə aparılmalıdır”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri