Icma.az
close
up
RU
Mətbəx çanağına bu 9 şeyi atmayın

Mətbəx çanağına bu 9 şeyi atmayın

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mətbəx çanağının tutulması 99 faiz bizim öz günahımızdır. Yavaş-yavaş axan su tezliklə ciddi qəza vəziyyətinə çevrilə bilər və səbəb çox vaxt sadəcə tənbəllikdən düzgün atılmayan gündəlik məişət tullantılarıdır.

Bir çox məhsul az miqdarda və ya axar su ilə yuyulduqda zərərsiz görünür, amma əksəriyyəti zamanla yığılır və quruyaraq bərk tıxac əmələ gətirir. Nəticə xoşagəlməz tutulma və ya bahalı təmir işləri.

Lent.az bu tullantıları təqdim edir:

Çanağı tutan 9 məişət tullantısı

1. Tərəvəz qabıqları

Kök, kartof və digər tərəvəzlərin qabıqları borularda çox tez tıxac yaradır. Onların yeri yalnız kompost qutusu ola bilər.

2. Yağ və piy

Ən çox rast gəlinən səbəblərdəndir. Tavadan qalan yağ və ya donuz piyi zamanla bərk, pis qoxulu qat halına düşür. Yağ tam soyudulmalı və qapalı qabda atılmalıdır.

3. Yağ əsaslı məhsullar

Salat sousları, mayonez, marinadlar və qalın souslar da borular üçün zərərlidir. Kiçik damcı problem deyil, amma köhnə sous butulkası ciddi təhlükədir. Onları zibilə atmaq lazımdır.

4. Qəhvə çöküntüsü

Çanağa atılan qəhvə çöküntüsü tədricən borularda yığılır və tıxac yaradır. Onu zibilə atmaq və ya kompost etmək daha düzgündür.

5. Un

Un su ilə qarışdıqda yapışqan xəmir olur və asanlıqla boruları tutur. Çörəkbişirmədən sonra qalan unu çanağa deyil, zibilə atın.

6. Torpaq və palçıq

Otaq bitkilərini mətbəxdə köçürmək düzgün deyil. Torpaq və çirk tez boruları tutur. Əgər bundan qaçmaq olmursa, bunu mətbəxdə yox, başqa yerdə edin.

7. Düyü və makaron

Onlar borulara düşdükdə şişir və tutulma yaradır. Qalıqları dərhal zibilə atmaq daha yaxşıdır.

8. Kağız məmulatları

Hətta incə və bioloji parçalanan kağız məmulatlarını belə çanağa atmaq olmaz. Onların bəziləri kompost edilə bilər, amma icazəli olub-olmadığını əvvəl yoxlamaq lazımdır.

9. Boya

Boya maye görünsə də, onu çanağa tökmək olmaz. O, boruların divarına yapışır və ciddi qəzaya səbəb ola bilər. Boyanı uşaq qumcuğu və ya pişik qumu ilə qarışdırıb zibilə atmaq olar. Yağ əsaslı boyalar isə xüsusi məntəqələrdə utilizasiya edilməlidir.

Boruları xalq üsulu ilə necə təmizləmək olar?

Əgər çanaq tutulubsa, sirkə, soda və qaynar su qarışığı kömək edə bilər. Bu, kimyəvi vasitələrə alternativ olaraq tez-tez məsləhət görülür.

Kimyəvi maddələr də effektivdir, amma onlardan istifadə edərkən diqqətli olmaq lazımdır.

Ən yaxşı profilaktika ucuz bir süzgəc toru qoymaqdır, bu, sizi çoxlu problemdən xilas edəcək. Ən vacibi hansı məhsulların və məişət tullantılarının mətbəx çanağına düşməməli olduğunu bilməkdir ki, borularla bağlı faciə yaşanmasın.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri