Icma.az
close
up
RU
Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir

Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Mətbəx çanağına nə gəldi tökmək vərdişi, əslində, ev büdcəmizə və kanalizasiya sisteminə gizli bir zərbədir. Çoxumuz stəkanın dibində qalan südü və ya xarab olmuş süd qutusunu düşünmədən çanağa boşaldırıq. "Axı mayedir, su ilə birlikdə axıb gedər" deyə düşünürüksə, çox yanılırıq.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, boruların ömrünü ən sürətlə sıradan çıxaran maddələrin başında süd gəlir. Süd maye kimi görünsə də, tərkibindəki yüksək yağ və proteinlər borulardakı soyuq hava ilə qarşılaşan kimi "xarakter dəyişir". O, boruların iç divarlarına yapışaraq zamanla daşlaşır və "yağ dağları" kimi tanınan tıxaclar yaradır. Üstəlik, mətbəxdən gələn o ağır, turş qoxunun əsas səbəbi də borularda çürüyən həmin gizli yağ təbəqələridir.

Tək günahkar süd deyil!
Mətbəxdəki təhlükələr bununla bitmir:

Qəhvə çöküntüsü: "Bol su ilə yuyuram" desəniz də, çöküntü suda ərimir və boruların əyilən hissələrində sement kimi bərkiyir.

Qatıq, şorba və hazır souslar: Bu qida qalıqları da boruların daha irəli nöqtələrində toplanaraq tıxanmalara səbəb olur.

Qızartma yağları və ət suları: Bunlar boruda anidən donaraq sistemin axınını tamamilə kəsir.

Nə etməli? "Tıxanıb" deyə xlor tökməyin!
Mütəxəssislər xəbərdarlıq edir ki, tıxanan çanağa qaynar su və ya xlor tökmək problemi həll etmir, əksinə, yağı anlıq əridib borunun daha dərinliyinə aparır və problemi sadəcə "təxirə salır".

Həll yolları:

Tarixi keçmiş və ya artıq qalan südü sulandıraraq dibçək bitkilərinə və ya bağçanıza tökün. Süd bitkilər üçün əla kalsium mənbəyidir.

Qab-qacaqdakı yağlı qalıqları yumağa başlamazdan əvvəl bir parça kağız dəsmal ilə silib zibil qutusuna atın.

İstifadə olunmuş yağları çanağa tökmək əvəzinə, boş bir qaba yığıb tullantı kimi atın.

Bu sadə addımlar sizi həm gözlənilməz və baha başa gələn tesisat təmirindən xilas edəcək, həm də ətraf mühiti, xüsusilə də su hövzələrini qorumuş olacaqsınız.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyun 2026 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri