Mətbəxdəki bu cihazdan xəbəriniz var? Bağlı halda belə qaz buraxır
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Mətbəxdə hər gün istifadə etdiyimiz qaz sobası düşündüyümüzdən daha təhlükəli ola bilər. Hətta onu söndürdükdən sonra belə evə gözlə görünməyən qazların yayıldığı məlum olub.
“Yeni Sabah” xəbər verir ki, Stanford Universitetinin alimləri tərəfindən aparılan araşdırmada demək olar, bütün evlərdə istifadə olunan qaz sobalarının bağlı vəziyyətdə belə metan qazı yaydığı müəyyən edilib. Tədqiqat zamanı evlərə xüsusi ölçü cihazları yerləşdirilib. Nəticədə ümumi qaz sızmasının 75 faizdən çoxunun sobadan istifadə edilmədiyi vaxt baş verdiyi üzə çıxıb.
Araşdırmaya görə, sobadan yayılan qoxusuz qazlar və yemək bişirilərkən yaranan azot dioksidi evin havasını qısa müddətdə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi təhlükəsiz həddən yuxarı qaldıra bilər. Alimlər bildirirlər ki, evdə siqaret çəkilməsə belə, bu cür qazların yayılması uşaqların ağciyərlərinin inkişafına mənfi təsir göstərir. Araşdırmada qaz sobalarından yayılan çirkləndiricilərin uşaqlıq dövründə yaranan astma hallarının təxminən 12 faizində rol oynaya biləcəyi qeyd olunur. pizza sifarişi
Nə etmək lazımdır?
Mütəxəssislər belə risklərdən tamamilə uzaq qalmaq üçün elektrik və ya induksiya ilə işləyən sobalardan istifadə etməyi məsləhət görürlər. Qaz sobasını dəyişmək imkanı olmayanlara isə yemək bişirərkən sorucu qurğunu işə salmaq və pəncərəni açmaq tövsiyə olunur.
Bundan başqa, soba işləmədiyi vaxtlarda da mətbəxin mütəmadi olaraq havalandırılması, mümkün olduqda qarşı-qarşıya yerləşən pəncərələrdən istifadə etməklə otağın havasının dəyişdirilməsi məsləhət görülür.
Baxış sayı:117
Bu xəbər 06 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















