Icma.az
close
up
RU
Metro tam gücüylə işləyəndə də tıxaclarsız günümüz olmurdu, səbəb başqadır EKSPERT 

Metro tam gücüylə işləyəndə də tıxaclarsız günümüz olmurdu, səbəb başqadır EKSPERT 

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Hazırda hansısa “möcüzəvi həll” gözləmək düzgün deyil. Pik günlərdə yüklənmələr qaçılmaz olacaq. Problem sərnişin sayının çoxluğunda deyil, alternativlərin kifayət qədər olmamasındadır

Paytaxtın tıxac dərdi bitmir, sanki bu problem heç vaxt həllini tapmayacaq, əbədi qalacaq. Metropolitenin yarımçıq fəaliyyətə keçməsi ictimai nəqliyyatda dəhşətli vəziyyət yaradıb. İnsanlar saatlarla yollarda qalır. Günün 24 saatının hələ ən az 4 saatının yola, 8 saatının işləməyə, halbuki 8 saatlıq iş günü Əmək Məcəlləsinə görədir, bundan daha çox işləyənlər az deyil, insanın özünə sərf edəcəyi 10-12 saat qalır. Bunun 5-6 saatını yuxu aparır (yuxu saatları fərqli də ola bilər), 1-2 saatını səhər işə hazırlaşmaq, axçam yorğunluğun çıxmasına, yerdə nə qalır, 3-4 saat. Bu da yeməyə və sair gündəlik məişət işlərinə sərf olunur. Hələ övladını bağçaya, məktəbə aparıb-gətirmək də var. İşləyən və yola çıxan insanların həyatı məşəqqətdir başdan-ayağa. Və bunun ən birinsi səbəbi də yollardakı tıxacdır. 

Bloger-urbanist Anar Əliyev Bakıdakı tıxacın əsas səbəbinin hazırda metronun yarımçıq fəaliyyət görtərməsi olmadığını bildirib. Metro tam gücüylə işləyəndə də tıxaclarsız günümüz olmurdu. A.Əliyev deyir ki səbəb başqadır: 

- Məncə, bu gün ictimai nəqliyyatın yenidən həddindən artıq yüklənməsində təəccüblü heç nə yoxdur. Bakı və onun aqlomerasiyasında 4 milyondan çox insan yaşayır. Bu qədər əhali üçün cəmi iki ictimai nəqliyyat növümüz var - metro və avtobus. Bu, fiziki olaraq kifayət deyil. Ona görə də hazırda hansısa “möcüzəvi həll” gözləmək düzgün deyil. Pik günlərdə yüklənmələr qaçılmaz olacaq. Problem sərnişin sayının çoxluğunda deyil, alternativlərin kifayət qədər olmamasındadır. Bəli, Abşeron dairəvi dəmir yolu da var, sürətlidir, amma onun intervallarını metro ilə müqayisə etmək olmur. Vəziyyətin dəyişməsi üçün 2030-cu ilə qədər yeni metro stansiyaları ilə yanaşı, tramvay sisteminin də istifadəyə verilməsi vacibdir. O zaman yük ən azı iki nəqliyyat növünün üzərində qalmayacaq. Bəzi digər böyük şəhərlərdə ictimai nəqliyyatın hansı növləri olduğuna baxsaq, fərq aydın görünəcək. 15 milyonluq İstanbulda ictimai nəqliyyat çoxşaxəlidir, həm yerin altı və üstü, həm də dənizin altı ilə – metro, avtobus, tramvay, şəhər elektrik qatarı, dəniz nəqliyyatı, şəhərin dağlıq ərazilərinə funikulyor, minibus-lar, bələdiyyə avtobusları. Moskva, Berlində də bu nəqliyyat növləri var, minibus çıxmaq şərtilə. Barselonada əlavə olaraq kanat yolu da var. Bakda isə yalnız 2 ictimai nəqliyyat növüdür – metro və avtobus. 

Blogerin dedikləri həqiqətdir. İstər Sumqayıt elektrik qatarı, istərsə də Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlara minənlər yenə də şəhərin mərkəzinə yetişmək üçün ya metrodan, ya da avtobusdan istifadə etməlidirlər. Belədə merto və ya avtobusda sıxlıq, basabas, yollarda isə tıxac yaranacağı təbiidir. AYNA lap 100 avtobus əlavə etsin, bu avtobuslar da elə həmin yollarla hərəkət edir də. Əksinə, sıxlıq daha da artır, avtobus tıxaca düşür interval böyüyür, yenə sıxlıq yaranır. Hara fırlanırıqsa, eyni nöqtəyə qayıdırıq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Sentyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri